Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva Overçuk-Qriqoryan-Mustafayev qrupunun işini bərpa etmək istəyir

Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə 2021-ci ildə üç ölkənin baş nazirinin müavinlərinin birgə sədrliyi ilə yaradılmış üçtərəfli qrupun tamhüquqlu işini tez bir zamanda bərpa etməyi zəruri hesab edir...

Poliqon xəbər verir ki, bunu news.ru portalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Qərb ölkələrinin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.

"Bu, təkcə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sisteminin blokdan çıxarılması üçün deyil, həm də regionda davamlı sülh və rifahın bərqərar olması üçün vacibdir", deyə nazir müavini bildirib.

Qaluzin sözlərinə görə, Avropa ittifaqı missiyası Ermənistanın qonşularına, o cümlədən İrana qarşı getdikcə daha çox iş görür və açıq şəkildə təxribat xarakterli fəaliyyətlər həyata keçirir.

"Missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, məsuliyyətsizliyini və istər Ermənistan, istər Azərbaycan, istərsə də digər maraqlı dövlətlər və strukturlar tərəfindən nəzarətsizliyini təsdiqləyir. Missiya açıq şəkildə təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün "təhlükəsizlik və firavanlıq mənbəyi" olması barədə yanlış fikirlər aşılayır", deyə Qaluzin əlavə edib.

Onun fikrincə, əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman qərblilərin regionu hərbiləşdirmək və orada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları tamamilə uyğunsuzdur.

Ermənistan, Rusiya Federasiyası və Azərbaycan baş nazirlərinin müavinlərinin sonuncu görüşü 2023-cü ilin iyununda olub. Sonra Overçuk, Qriqoryan və Mustafayev Yeraşx-Culfa-Meğri-Horadiz marşrutu ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Azərbaycan, ErmənistanRusiya və liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında aparılan danışıqlardan sonra baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupunun yaradılacağı bildirilmişdi. Aşağıdakı ekspert alt qrupları yaradılmalı idi: dəmir yolu, avtomobil və kombinə edilmiş daşımalar üçün; daşımanın təmin edilməsi məsələləri, o cümlədən təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri üzrə.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay