Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Donbas döyüşlərində Britaniyanın robot itlərindən istifadə edir

Son vaxtlar Ukrayna Silahlı Qüvvələri Donbas cəbhəsində döyüşlərdə Britaniyanın "Brit Alliance" şirkətinin BAD.2 robot "itlər"indən fəal şəkildə istifadə edir...

Poliqon xəbər verir ki, bu barədə Bild yazıb.

"Bunlar operator tərəfindən idarə olunan yığcam, güclü və manevr edə bilən dörd ayaqlı yerüstü dronlardır. Onlar hava dronunun gedə bilməyəcəyi yerlərə çatmağa kömək edir. Məsələn, binaların və ya Rusiya səngərlərinin içərisində hərəkət edirlər", deyə nəşr qeyd edir.

Ukrayna Silahlı Qüvvələri ətraf ərazilərdə kəşfiyyat aparmaq, bubi tələlərini aşkar etmək və Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini hesablamaq üçün robot itlərdən istifadə edir ki, bu da Ukrayna kəşfiyyatçıları üçün riski xeyli azaldır.

Bild-in məlumatına görə, hazırda cəbhədə 30-dan çox belə "it" var.

"Almaniyanın Concamo şirkətinin anti-istilik kamuflyajı sayəsində onları aşkar etmək demək olar ki, mümkün deyil. "Roboplar" 15 km/saata qədər sürətlə döyüş meydanını gizlicə keçir və maksimum beş saat ərzində düşmənin 3,5 km radiusunda fəaliyyət göstərir. Onların dəyəri, modifikasiyadan asılı olaraq 4000-dən 8000 avroya qədər dəyişir", deyə nəşr yazır və robot "itlər"i sınaqdan keçirənlərin ilk olaraq Ukrayna Silahlı Qüvvələrinin 28-ci briqadasının əsgərləri olduğunu qeyd edir.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar