Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya prezidenti: Ukrayna verdiyimiz silahlarla Rusiya ərazisini vura bilər

Finlandiya prezidenti Aleksandr Stubb Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətinə irəliləməsini şərh edərkən bildirib ki, Ukrayna özünü müdafiə etmək hüququna malikdir və Finlandiyanın verdiyi silahlardan Rusiyanın ərazisində istifadə edə bilər...

Poliqon xəbər verir ki, bu barədə o, Aland adalarına səfəri zamanı bildirib.

Stubbın sözlərinə görə, Ukraynanın Kursk bölgəsinə doğru irəliləməklə özünü müdafiə etmək hüququ var, çünki Rusiya mütəmadi olaraq Kiyevi bombalayır və Ukraynanın əhəmiyyətli ərazilərini işğal edib.

"Biz ukraynalıların fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir səbəb görmürük. Ukraynanın hansı silahlardan və hansı şəkildə istifadə edə biləcəyinə dair heç bir məhdudiyyətimiz yoxdur. Başlanğıc nöqtə ondan ibarətdir ki, Ukrayna beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək hüququna malikdir", deyə Stubb bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski avqustun 12-də müdafiə qüvvələrinin Kursk vilayəti ərazisində hücum əməliyyatı keçirdiyini təsdiqləyib.

Avqustun 13-də prezident Volodimir Zelenski bəyan edib ki, Kursk vilayətində 74 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxi vurğulayıb ki, Kursk vilayətində əməliyyatın məqsədi xarici əraziləri ələ keçirmək deyil, vətəndaşların həyatını qorumaq və Ukrayna ərazisini Rusiyanın hücumlarından qorumaqdır. 

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar