Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BakıKart”ın tətbiqi hələ də işləmir - Rəsmi açıqlama

"BakıKart"ın mobil tətbiqi 5 gündür işləmir, hələ də bank kartlarından "BakıKart"a pul yükləmək mümkün deyil"...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Vətəndaşlar tətbiqdəki cüzdan bloklandığı üçün balansdakı puldan istifadə edə bilmədiklərindən şikayət edirlər.

Hazırda problemin həlli ilə bağlı hansı işlər görülür? Problem nə vaxt aradan qaldırılacaq? Bu suallarla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır:

"BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik".

Qeyd edək ki, daha əvvəl də "BakıKart" tətbiqində problemlərin olması ilə bağlı məlumat yayılmışdı. Sərnişinlər texniki nasazlıq səbəbindən tətbiqdən istifadə edə bilmədiklərini deyirdilər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay