Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell Kurskdan danışıb: Aİ Ukraynanın mübarizəsini dəstəkləyir

Avropa İttifaqı Ukrayna xalqının rus işğalçılarına qarşı mübarizəsini tam dəstəkləyir...

Poliqon xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell X şəbəkəsində yazıb.

Xüsusilə, Aİ-nin ali nümayəndəsi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə cəbhədəki son hadisələri və Rusiya Federasiyasının Kursk vilayətində əks-hücum əməliyyatını müzakirə edib.

"Mən Avropa İttifaqının Ukrayna xalqının mübarizəsinə tam dəstəyini təsdiqlədim. Putin öz əsassız işğalına qarşı Ukrayna müqavimətini qıra bilmədi və indi o, Rusiya ərazisinin dərinliklərinə çəkilməyə məcburdur", deyə Borrel vurğulayıb.

Dmitri Kuleba da öz növbəsində Borrell ilə söhbət zamanı əsas diqqəti Ukrayna ilə Avropa İttifaqı arasında silah istehsalı və təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlara yönəldib.

"Mən Cozep Borrelə Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın təfərrüatları barədə də məlumat verdim", deyə Kuleba qeyd edib.

Qeyd edək ki, Financial Times-ın yazdığına görə, Ukrayna Rusiya torpaqlarını ələ keçirməklə ABŞ-ın ehtimal olunan prezidenti Donald Trampla bazarlığa hazırlaşır. Yəqin ki, ələ keçirilən Rusiya əraziləri gələcək danışıqlarda "alver predimenti"nə çevriləcək.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, Kurskda 74 yaşayış məntəqəsi artıq Ukraynanın nəzarəti altındadır.

Poliqon.info

 


Etiket: Borell Kursk


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar