Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva daha ciddi oyun oynayır...” – Metyu Brayza

“Paşinyana qarşı qiyam olsa, təəccüblənmərəm”...

AzərbaycanErmənistan arasında gedən döyüşlərə Rusiyanın sərgilədiyi mövqe ciddi müzakirə obyektinə çevrilib. Moskvanın Paşinyan hakimiyyətinin bütün səylərinə baxmayaraq, beynəlxalq hüquq prinsiplərindən çıxış edərək neytrallığını saxlaması bəzi müşahidəçiləri təəccübləndirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon söhbətində müharibənin Azərbaycan torpaqlarında getdiyini bildirib. Ekspertlər Rusiyanın bu mövqeyinin hərbi əməliyyatlara hər hansı müdaxilə etməyəcəyindən xəbər verdiyini düşünürlər.

2010-2012-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri, ATƏT-in Minsk Qrupunda ABŞ-dan həmsədr olmuş Metyu Brayza isə deyir ki, Kremlin əsas məqsədi Rusiya hərbçilərini “sülhməramlı” adıyla regiona yerləşdirməkdir.

“Fikrimcə, Rusiyanın hərbi baxımdan Dağlıq Qarabağ münaqişəsinə qatılmaq marağı yoxdur. O, qərəzsiz vasitəçi kimi görünmək istəyir. Sonucda, məncə, Moskva Azərbaycanı Rusiya sülhməramlıları məsələsinə razı salmaq istəyir. Bu, Rusiyaya, illər, onillər boyunca bütün regiona təsir göstərmək imkanı verəcək”, – o vurğulayıb.

Keçmiş səfirin sözlərinə görə, Moskva ətrafında Paşinyanı görmək istəmir, onun hakimiyyətdən uzaqlaşmasını istərdi.

Brayza deyib ki, etnik ermənilərin nəzarətində olan torpaqlar əldən gedərsə, bu, Ermənistan millətçilərini qəzəbləndirər və Paşinyanın rəqiblərinin ona qarşı hərəkətə keçməsinə yol açar.

“Ona qarşı, çox güman Moskvanın təşkilatçılığı ilə hansısa qiyam görsəm, buna təəccüblənmərəm. Başqa sözlə, Moskva düşünüldüyündən daha ciddi oyun oynayır”, – Brayza vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay