Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovada Rusiya casus şəbəkəsi ifşa edildi...

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İSS) direktoru Aleksandr Mastiata bildirib ki, ölkənin hüquq-mühafizə orqanları Rusiya ilə əlaqəli olduğu iddia edilən, respublika ərazisində fəaliyyət göstərən agentlər şəbəkəsini üzə çıxarıb...

Poliqon xəbər verir ki, Aleksandr Mastiata bu barədə brifinqdə bildirib.

Mastiatanın sözlərinə görə, 2020-ci ildən ruslar Yuri Q. və Vadim I. respublikada siyasətə təsir etmək və onu Rusiyanın təsir dairəsində saxlamaq üçün kampaniyalar təşkil edərək, Moldova vətəndaşlarını öz sıralarına cəlb ediblər. O, agentlərin Telegram kanalları vasitəsilə işlədiyini və agent şəbəkəsinin fəaliyyətinə kriptovalyuta vasitəsilə sponsorluq edildiyini qeyd edib.

Moldova kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Federasiyasının vətəndaşları qanunvericilərin planları, siyasətçilər haqqında kompromat məlumatları toplayıb və sosial şəbəkələrdə kampaniyalar təşkil edib, 24 fevral 2022-ci il tarixindən sonra vətəndaşları zorakılıq aksiyalarında iştirak etmək və ya təhrik etmək üçün cəlb ediblər.

İSS rəhbəri bu məqsədlər üçün kriptovalyuta və digər sistemlər vasitəsilə Rusiyadan Moldovaya 500 min dolların köçürüldüyünü iddia edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar