Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan və Lavrov Ermənistandakı Aİ missiyasını müzakirə edəcəklər

Yaxın vaxtlarda Ermənistan XİN rəhbərinin Rusiyaya səfəri baş tutacaq...

ErmənistanRusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov Moskvada Avropa İttifaqının Azərbaycanla sərhəddə missiyasının yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Poliqon.info xəbər verir ki, bunu cümə günü Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə deyib.

“Biz hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssas yanaşır, biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik”, deyə Hovhannisyan bildirib.
O, qeyd edib ki, yaxın vaxtlarda XİN rəhbərinin Moskvaya səfəri planlaşdırılır və bu məsələ mütləq müzakirə olunacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 20-də Moskvada RusiyaErmənistan XİN başçılarının görüşünün keçiriləcəyini bildirmişdi.

Danışıqların gündəliyinə regional məsələlər, o cümlədən Laçın yolu ətrafında və bütövlükdə Dağlıq Qarabağda vəziyyətin nizamlanması, Rusiya, ErmənistanAzərbaycan liderləri arasında üçtərəfli razılaşmaların həyata keçirilməsi daxildir.

Xarici işlər nazirliklərinin rəhbərləri həmçinin inteqrasiya layihələri çərçivəsində əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində addımları müzakirə edəcəklər. Hazırkı beynəlxalq gündəliyə dair fikir mübadiləsinin aparılması, müxtəlif beynəlxalq platformalarda fəaliyyətlərin əlaqələndirilməsi də planlaşdırılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar