Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Mətbuat Günü münasibətilə bütün jurnalist dostlarımı ürəkdən təbrik edirəm!

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb...

Son 200 illik tariximizdə “Əkinçi”dən Zəfər salnaməsinin yazılmasına qədər dəyərli qələm sahibləri çox çətin və keşməkeşli yol qət ediblər. Bu il ilk dəfə olaraq Milli Mətbuat Günü suverenliyi tam bərpa edilmiş Azərbaycanda keçirilir.

Dəyərli dostlar, hörmətli həmkarlar!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçiriləcək parlament seçkilərində iştirak etməyimlə bağlı mənə çoxsaylı suallar ünvanlanır. Ötən seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri olmuşdur. 9 fevral 2020-ci ildə baş tutan Milli Məclisə VI çağırış seçkilərindən sonra 44 günlük Vətən müharibəsi və keçən ilin sentyabrında baş tutan lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərqərar olundu.

Bildiyiniz kimi, ötən parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etmişəm. Lakin bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 125 dairədən namizədlərinin irəli sürüldüyü və partiyanın vahid qərarı olduğu üçün mən də həmin namizədləri dəstəkləyəcəyəm. Bununla yanaşı, ölkəmizin apardığı informasiya savaşında partiyamızın televiziyası “Yeni TV”-də mütəmadi olaraq fəal çıxışlar edir və partiyamızın əsas mətbu orqanlarından olan “Yeni Azərbaycan” qəzetinin nəzdində fəaliyyət göstərən “Yeni Azərbaycan TV”-də rus dilində yayımlanan “Ваш Собеседник” (Sizin müsahib) proqramının aparıcı kimi fəaliyyət göstərirəm. Ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyimə, ölkəmizin daxilində və onun hüdudlarından kənarda elmi konfrans və forumlarda milli maraqlarımızı qətiyyətlə qoruduğuma, yerli və xarici mediada müxtəlif dillərdə fəal və intensiv çıxışlarıma əsasən hakim partiyanın parlament seçkilərində namizədləri sırasına düşəcəyimə ümid edirdim. Bildirmək istəyirəm ki, qurucusu Ulu Öndərimiz Heydər Əliyev, sədri cənab Prezident İlham Əliyev olan partiyamızın üzvü olduğum üçün YAP namizədlərini dəstəkləmək borcumdur. Ümid edirəm ki, qarşıdakı elmi, pedaqoji və akademik fəaliyyətimlə mənə olan inam və etimadı doğruldaraq partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəyəm. 

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar