Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - Foto

Noyabrın 11-də Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevin Qazaxıstanın ölkəmizdə səfərdə olan politoloq və jurnalistləri ilə görüşü keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Qonaqları salamlayan Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin qədim tarixi olduğunu deyib, bu əlaqələrin hazırda yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

Ölkələrimiz arasında mövcud münasibətlərin inkişafında Ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin rolunu xüsusi olaraq diqqətə çatdırıb və bu münasibətlərin bu gün də hər iki ölkənin dövlət başçıları tərəfindən uğurlu davam etdirildiyini vurğulayıb. Vitse-spiker qazaxıstanlı nümayəndələrə Milli Məclisin qanun yaradıcılığı prosesindən danışıb, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin işi barədə geniş məlumat verib.

Sonra Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini deyib. Qeyd edilib ki, dünəndən etibarən xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulub. Uzun illər idi ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayırdı. İşğalçı dövlət Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn tələblərinə məhəl qoymurdu. Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməyərək bu ilin iyul ayında Tovuz rayonunda, sentyabrın 27-də isə cəbhənin müxtəlif istiqamətlərində genişmiqyaslı təxribatlara əl atdı. Buna görə də Azərbaycan Prezidenti, Ali Baş Komandan qüdrətli Azərbaycan ordusuna döyüş əmri verdi. Şanlı ordumuz qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandı. Odur ki, xalqımız sonsuz qələbə sevinci yaşayır, illərdir yurd-yuvasından didərgin salınan bir milyondan artıq soydaşımız öz evlərinə geri qayıtmağa hazırlaşır.

Adil Əliyev görüşdə Ermənistanın bu illər ərzində xalqımıza qarşı törətdiyi təxribatlardan, döyüş meydanında məğlub olduğunu anlayandan sonra Azərbaycanın sərhəd xəttindən uzaqda yerləşən yaşayış məskənlərini raket atəşinə tutmasından, 100-ə yaxın mülki vətəndaşımızın həlak olmasından da söz açıb. Bildirilib ki, Ermənistanın hücumları nəticəsində ölənlər və yaralananalar arasında uşaqlar, qadınlar və qocalar var. Vitse-spiker qonaqlara təxribatlar zamanı Gəncədə, Bərdədə, Tərtərdə, Ağcabədidə dağıdılan infrastrukturdan, yandırılan mülki obyektlər və fərdi yaşayış evlərindən, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyandan söz açıb. Vurğulanıb ki, 44 günlük müharibənin sonunda Azərbaycan ordusu Dağlıq Qarabağın alınmaz qalası sayılan Şuşa şəhərini erməni işğalından azad etdi. Bundan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü həyata keçirən ordumuzun qabağında duruş gətirə bilmədiyini görən Ermənistan sülh sazişi bağlamağa məcbur oldu.

Sonra Milli Məclisin deputatları, işçi qrupunun üzvləri Eldəniz Səlimov, Ülviyyə Ağayeva, Azər Badamov çıxış edərək böyük sevinc yaşadığımız bu günlərdə dost və qardaş Qazaxıstan nümayəndələrinin səfərini yüksək qiymətləndiriblər. Qazaxıstan parlamenti ilə əlaqələrdən, beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlıqdan söhbət açıblar. Parlamentlərarası münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyətini, bu sahədə qarşılıqlı səfərlərin və intensiv fikir mübadiləsinin önəmini vurğulayıblar.

Görüşdə Qazaxıstanın “Ea-news.kz” portalının baş redaktoru Nurgali Yusipbay, “Halyk.kz” Youtube kanalının və “Altyn-Orda.kz” saytının rəhbəri Serik Malayev, bloger Kuanış Edilxanov, Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Füzuli Məcidli çıxış edərək Azərbaycanı möhtəşəm qələbə münasibəti ilə təbrik ediblər. Söhbətdə Qazaxıstan mətbuatının bu günlərdə Azərbaycanla bağlı xoş xəbərlərə böyük yer ayırdığı qeyd olunub. Qonaqlar səfər çərçivəsində Gəncəyə və Bərdəyə gedəcəklərini, erməni təcavüzünün nəticələrini gözləri ilə görərək Qazaxıstan mətbuatında geniş işıqlandıracaqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallara millət vəkilləri tərəfindən ətraflı cavab verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar