Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkelsiz Almaniya nə qədər fərqli olacaq?

Berlinin Avropa Birliyində, o cümlədən dünya siyasətindəki rolunda hansısa dəyişikliklər gözlənilirmi?..

Siyasi şərhçi: “Almaniyadakı seçkilərin müqəddəratı hələ tam bəlli deyil. O mənadakı məlum deyil bu seçkilərin nəticələri əsasında hökumət hansı şəkildə formalaşdırılacaq”.

“Düşünmürəm ki, Merkelin gedişindən sonra Almaniyada nə isə dəyişəcək”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Almaniyada keçirilən seçkilərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Almaniyada keçirilən seçkilər Anqela Merkelin 16 illik hakimiyyətini bitirdi. Merkeldən sonra Avropanın gələcəyi isə sual altındadır. Hakimiyyət dəyişikliyi ilə bağlı keçirilən sorğu da isə insanlar Merkelin partiyasından narazılıqlarını ifadə ediblər. Lakin rəy sorğusuna görə, hazırda ölkədə demokratiya mükəmməl olmasa da, yaxşı səviyyədədir.

Merkeldən sonrakı Almaniya nə qədər fərqli bir Almaniya ola bilər və Berlinin Avropa Birliyində, o cümlədən dünya siyasətindəki rolunda hansısa dəyişikliklər gözlənilirmi?

Almaniyanın gələcək siyasətini PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Almaniyanın xarici siyasətində hansısa kəskin manevrlərın olacağını gözləmirəm”.

Almaniyaın istər siyasi, istərsə də iqtisadi cəhətdən kifayət qədər sabit ölkə olduğunu nəzərə çatdıran siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Almaniyada siyasi və hüquqi sistem çox sistemli şəkildə çalışır. Buna görə də orada fərdin rolu önəmli deyil:

“Almaniyadakı seçkilərin müqəddəratı hələ tam bəlli deyil. O mənadakı məlum deyil bu seçkilərin nəticələri əsasında hökumət hansı şəkildə formalaşdırılacaq. Hər bir halda Almaniyada koalisiya formalaşacaq. Amma bu koalisiyanı Sosial Demokratların, yoxsa Xristian Demokratların formalaşdıracağı bəlli deyil. Görünən budur ki, Almaniyada hökumət formalaşdırmaq bir qədər çətin olacaq.

Düşünmürəm ki, Merkelin gedişindən sonra Almaniyada nələrsə kəskin şəkildə dəyişəcək. Almaniya istər siyasi, istərsə də iqtisadi cəhətdən kifayət qədər sabit ölkədir. Almaniyada siyasi və hüquqi sistem çox sistemli şəkildə çalışır. Buna görə də orada fərdin rolu önəmli deyil. Almaniyada önəmli olan odur ki, ölkədə hüquqi, siyasi, iqtisadi sosial sabitlik var. Hesab edirəm ki, Almaniya bu yolla da davam edəcək. Almaniyanın xarici siyasətində isə hansısa kəskin manevrlərın olacağını düşünmürəm.

O cümlədən də, Almaniyanın Azərbaycana, bölgəyə münasibətinin dəyişəcəyini gözləmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay