Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkel: “İranla danışıqlarda mürəkkəb vəziyyət yaranıb”

Almaniya Baş naziri Angela Merkel İranla nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlarda mürəkkəb vəziyyətin yarandığını bildirib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Merkel bunu bu gün İsrail Baş naziri Naftali Bennetlə birgə mətbuat konfransı zamanı bildirib.

Almaniya Baş naziri İranla Hərtərəfli Birgə Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin bunun Tehranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma olmamasından yaxşı olduğunu vurğulayıb: “Bu gün biz çox mürəkkəb vəziyyətdəyik. Çünki ABŞ-ın yeni administrasiyası nüvə sazişinə qayıdacağını vəd edib, lakin günlər keçir, İrandan danışıqların yenilənməsi ilə bağlı hər hansı işarə yoxdur. Hər gün İran uranı daha çox zənginləşdirir. Bu, kritik vəziyyətdir və biz bunu 3+3 formatında (Almaniya, Fransa, Böyük BritaniyaRusiya, ABŞ, Çin) müzakirə etməliyik ki, bu, nə deməkdir. Mən burada Rusiya və Çini cavabdeh görürəm. Əgər Birgə Fəaliyyət Planı artıq məqsəd deyilsə, bu, çətin olacaq. Ona görə də bu məsələ ilə bağlı qarşıdakı həftə həlledicidir”.

A. Merkel Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpinlə danışıqlar apardığını nəzərə çatdırıb: “3+3 formatındakı ölkələr arasında birlik nə qədər güclü olarsa, İrana təzyiq göstərmək bir o qədər asan olar. Təəssüf ki, bu format daxilində ölkələr arasına bundan sonra necə hərəkət etməklə bağlı tam razılıq yoxdur. Almaniyanın mövqeyi budur ki, İran birmənalı olaraq danışıqlar masasına qayıtmalıdır”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay