Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meqan Markl kral ailəsindəki irqçiliyə görə tac mərasiminə qaılmayacaq...

Meqan Marklın tac mərasimində iştirak etməməsinin səbəblərindən biri kral ailəsində irqçi düşüncə tərzinin mövcud olmasıdır...

Şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl kral məhkəməsinin irqçiliklə mübarizədəki səylərindən narazı olduğu üçün Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək.

Poliqon xəbər verir ki, bu barədə The Daily Telegraph nəşri məlumat yayıb.

Qəzetin mənbələrinə görə, Marklın 2021-ci ilin martında ABŞ teleaparıcısı Opra Uinfri ilə müsahibəsindən sonra o zaman taxtın varisi olan və Uels şahzadəsi titulunu daşıyan hazırkı monarx hersoginyaya məktub yazıb və bu hadisədən təəssüfləndiyini bildirib. Meqan bildirib ki, o, davamlı olaraq kral ailəsi ilə ünsiyyətdə irqçiliklə mübarizə aparmalı olub. CBS telekanalına verdiyi həmin müsahibəsində Sussex hersoginyası qeyd edib ki, ərinin qohumları onun doğmamış uşağının dərisinin rəngindən narahat olublar. Meqan konkret kimin belə bəyanatlar verdiyini açıqlamayıb.

Nəşrin məlumatına görə, indiki monarx qalmaqallı müsahibədən sonra onunla əlaqə saxlayan kral ailəsinin yeganə yüksək səviyyəli üzvü olub.

The Daily Telegraph mənbələri vurğuladı ki, Meqan Markl cavab məktubunda kral ailəsinin nümayəndələrindən hansının sözügedən bəyanatları səsləndirdiyini açıqlayıb. Qəzetin qeyd etdiyi kimi, həm Sasseks hersoginyası, həm də hazırkı monarx müvafiq qeydin pis niyyət olmadan edildiyini qəbul etdilər.

Qəzetin yazdığına görə, Meqan Markl daha sonra qaynatası olan taxt varisinə məktubuna görə təşəkkür edib və kral ailəsinin konkret nümayəndəsini irqçilikdə ittiham etmək fikrində olmadığını, sadəcə “şüursuz qərəz” probleminə diqqət çəkmək istədiyini bildirib.

Eyni zamanda, qəzetin əldə etdiyiməlumata görə Meqan bu bəyanatları hələ də irqçi hesab edir. Kral ailəsinə yaxı olan mənbə The Daily Telegraph-a bildirib ki, qaynata ilə gəlin arasındakı yazışmalar tərəflər arasında gərginliyin azalmasına səbəb olmayıb.

Qəzet qeyd edir ki, ona görə də Meqan Marklın tac mərasimində iştirak etməməsinin səbəblərindən biri kral ailəsində irqçi düşüncə tərzinin mövcud olmasıdır...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar