Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli yarmarkaları açıldı: qiymətlər necədir? – Fotolar

Bu gündən etibarən Bakıda bir neçə metro stansiyasının çıxışında məktəbli ləvazimatlarının satış yarmarkası fəaliyyətə başlayıb. Hər il olduğu kimi yenə də qurulan çadırlarda, çantadan tutmuş, su qabına qədər hər şeyi almaq mümkündür. Bəs qiymətlər necədir? 

PİA.az xəbər verir ki, Musavat.com-un əməkdaşı məktəb ləvazimatlarının satıldığı çadırlarda olub, qiymətlərlə maraqlanıb:

“Öyrəndik ki, çadırlar bu gündən fəaliyyətə başladığı üçün hələ bəzi ləvazimatlar gətirilməyib. Eyni zamanda məktəbli geyimlərinə də rast gəlmədik. Satıcılar bildirdilər ki, çantalar və geyimləri növbəti günlərdə gətirəcəklər. Söylədilər ki, bu yarmarkalar sentyabr ayının 22-nə qədər davam edəcək.

Satıcılarla söhbətimiz zamanı onu da bildirdilər ki, satdıqları ləvazimatların qiyməti, mağazalarla müqayisədə aşağıdır. Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Müşahidə etdik ki, burada satılan məktəbli çantalarının qiyməti 12 manatdan başlayıb, 50 manata qədər dəyişir. Ən bahalı çantalar təkərli çantalardır. Məktəblərdə son zamanlar dərsliklərin sayı artdığı üçün çantalar da ağır olur. Ona görə də satıcıların sözlərinə görə valideynlər daha çox təkərli çanta almağa üstünlük verirlər.

Tələbatın çox olması isə qiymətə də təsir edib. Bu kimi çantalar 35-50 manata satılır. Əgər bütün ləvazimatlar eyni yerdən alınırsa endirim edilir. Söhbət etdiyimiz alıcılar isə bildirdilər ki, əgər satıcı bir malda endirim edirsə, digərini baha satır. Ona görə də əksər insanlar eyni yerdən bütün ləvazimatları almırlar.

Digər ləvazimatların qiymətləri aşağıdakı kimi idi:

12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər isə 30-40 qəpiyə satılır. 60 vərəqli dəftərlər 40-50 qəpik, 100 vərəqli dəftər isə 60-80 qəpiyədir.

Eyni zamanda yapışdırıcı 60 qəpik-1 manat, su qabları 10-12 manat, qələm yonanlar 1.50-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır.

Onu da qeyd edək ki, supermarketlərin məktəbli ləvazimatlarının satıldığı bölmələrində də çeşidləri artırılıb. Oradakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında ciddi fərq görmədik.”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar