Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media: Harrisin qalib gəlsə, Nensi Pelosinin girovuna çevriləcək

Demokratlar Partiyasının nümayəndəsi, vitse-prezident Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, Nümayəndələr Palatasının eks-spikeri Nensi Pelosinin girovuna çevriləcək...

Poliqon xəbər verir ki, bu fikri American Conservative-nin redaktoru Kollin Pruett bildirib.

Müəllifin fikrincə, hazırkı dövlət başçısı Co Baydenin prezidentlik yarışından geri çəkilmək qərarı keçmiş partiya qüvvələrinin, parlament elitasının və sponsorların təsiri altında qəbul edilib və burada Nensi Pelosi mühüm rol oynayıb.

Pruett yazır ki, Pelosi mahiyyət etibarı ilə "prezidenti qanunverici orqanın himayədarı səviyyəsinə endirib" və onun varisi Kamala Harrisi başa keçirib. Jurnalist iddia edir ki, Nümayəndələr Palatasının keçmiş spikeri əslində ABŞ Konstitusiyasını dəyişib.

Beləliklə, müəllif hesab edir ki, Harris sponsorların, departament rəhbərlərinin və Konqres rəhbərliyinin qərarlarının girovuna çevriləcək və gedən böhran proseslərini kənardan müşahidə edəcək.

"Bu, Kamala Harrisin faciəsidir", deyə Pruett qeyd edib.

İyulun 21-də Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olar.

Ertəsi gün ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Poliqon.info

 

 


Etiket: Harris Perrosi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar