Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun bəyanatı NATO daxilində ziddiyyətləri üzə çıxarıb

Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü barədə açıqlaması Alyans üzvlərini çətin vəziyyətə salıb və onlar arasında strateji ziddiyyətlərin olduğunu nümayiş etdirib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti redaksiya məqaləsində qeyd edib.

Materialda vurğulanır ki, Makronun Qərb əsgərlərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı sözləri NATO müttəfiqlərini çətin vəziyyətə salıb. Məhz Kiyevə dəstək üçün vahid cəbhə kimi çıxış etmək lazım gələndə Alyansdakı mövcud strateji ziddiyyətlər, ilk növbədə, Ukraynaya hərbi yardımla bağlı problem Almaniyada üzə çıxıb.

Qəzet qeyd edir ki, NATO üzvlərinin çoxu öz hərbi qüvvələrini Ukraynaya göndərsələr, Rusiya ilə birbaşa qarşıdurma yolunu tutacaqlarından ehtiyat edirlər. Bir çox Qərb liderləri belə bir addımı müzakirə etməkdən belə çəkinir, çünki bu, ictimai rəyə güclü təsir göstərə, münaqişə yorğunluğunu artıra bilər. Bundan əlavə, bu cür müzakirələr yalnız NATO-nun Ukraynada münaqişəni təhrik etdiyini iddia edən Rusiyanın təbliğat mövqelərini gücləndirəcək.

Bu arada, Fransanın xarici işlər naziri Stefan Sejurne deyib ki, qitədə Avropa İttifaqının uzunmüddətli perspektivdə Ukraynaya dəstək verə biləcəyinə şübhələr var. Nazirin sözlərinə görə, bu gün Avropa qeyri-müəyyənlik yaradan bir mərhələyə çatıb. Qərbin uzunmüddətli perspektivdə Ukraynaya dəstək verə biləcəyi ilə bağlı şübhələr yaranıb və bunu Fransa ictimaiyyətindən gizlətmək olmaz.

Nazir qeyd edib ki, ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik amerikalıların bundan sonra da Avropa ilə birlikdə olub-olmayacağı sualını gündəmə gətirir. Sejurne vurğulayıb ki, bu, Moskvanın Fransada ictimai rəyə təsiri səbəbindən xüsusilə vacibdir.

Xarici işlər naziri qeyd edib ki, hazırkı tarixi məqamda Ukraynaya dəstəyi artırmaq lazımdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar