Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro Tehrana gedəcək

Venesuela prezidenti Nikolas Maduro “yaxın aylarda” İrana səfər edəcək. İranın "Mehr" agentliyi xəbər verir ki, bu barədə iki ölkənin xarici işlər nazirləri Hüseyn Əmir-Abdollahian və Feliks Plasencia arasında dünən Tehranda keçirilən ortaq mətbuat konfransında deyilib.

“İki ölkə arasında 20 illik əməkdaşlıq yol xəritəsini tərtib edəcəyik. Önümüzdəki aylarda Venesuela prezidenti Tehrana səfər edəcək və biz həmin sənədi imzalayacağıq. Onu da qeyd edim ki, İran mallarının Venesuela xalqı üçün əlçatanlığının təmin ediləcəyi bir mərhələdəyik. İrana investisiyalar üçün imkanlar da qurulur, təfərruatlar tədricən açıqlanacaq ", - Abdollahian bildirib.

"İranla Venesuela arasındakı əlaqələr strateji xarakter daşıyır və bu ilin sonuna qədər Tehranda birgə komissiyanın iclasını keçirə biləcəyimizi bildirməkdən məmnunam. Beynəlxalq hüquqa hörmətə və tolerantlıqa əsaslanaraq sizinlə birlikdə bir gələcək qurmaq istəyirik", - Venesuelanın XİN başçısı Feliks Plasencia öz növbəsində deyib.(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar