Argentina Prezidenti Xavyer Miley Venesuelada keçirilmiş prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib. Peru və Çili hökumətləri də oxşar qərar qəbul edib... Ətraflı
İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb... Ətraflı
2024-cü il Paris olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirilib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib... Ətraflı
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 2794 yerli müşahidəçi qeydiyyatdan keçib, onlardan 2562 nəfəri MSK-da qeydə alınıb... Ətraflı
Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prossesini izləyib... Ətraflı
Bir qrup beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olub... Ətraflı
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin namizədliyi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən qeydə alınıb... Ətraflı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb... Ətraflı
İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb... Ətraflı