Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kraliça II Elizabet bundan sonra Vindzor qalasında yaşayacaq

Böyük Britaniya Kraliçası II Elizabet bundan sonra Vindzor qalasında yaşayacaq.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19-a qalib gələn 95 yaşlı Kraliça II Elizabetin artıq Bukinqem sarayında deyil, minillik Vindzor qalasında yaşayacağı açıqlanıb.

Buna səbəb kimi 1837-ci ildən bəri monarxiyanın rəsmi iqamətgahı olan Bukinqem sarayında aparılan təmir işləri göstərilib.

Belə ki, sarayın bəzi texniki sistemlərinin təmiri ilə əlaqədar 10 il müddətində təmirə bağlanılacağı elan olunub. Buna görə də Kraliça üçün Vindzorda yaşamaq onu nəinki tikintidən uzaqlaşdıracaq, həm də səhhətində yaranan problemlərə görə dayandırdığı iş sisteminə qayıtmağına imkan yaradacaq.

Digər tərəfdən, kral ailəsi gələcəkdə Bukinqem sarayı və digər mülkləri ictimaiyyət üçün daha əlçatan etməyi planlaşdırır.

Qeyd edək ki, saray 1703-cü ildə Bukinqem hersoqu üçün tikilib. Bukinqem sarayı 1762-ci ildə Böyük Britaniya Kralı III Georq tərəfindən kralın gələcəkdəki şəxsi iqamətgahı olması üçün satın alınıb. Saray Kraliça Viktoriyanın 1837-ci ildə taxta çıxması ilə Britaniya monarxlarının baş iqamətgahı elan edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar