Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Korrupsioner icra başçılarını himayə edən Prezident Administrasiyasında şöbə müdiridir“ - Hafiz Hacıyev

"O, rüşvətxor məmurları Prezidentə "yaxşı" kadr kimi təqdim edib"...

"Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün əticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər ciddi cəzalandırılmalıdır".

PİA.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev deyib ki, əgər Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı ondan əvvəl həbs olunan Ağstafa, YevlaxNeftçala rayon İcra Hakimiyyətləri başçılarının əməllərindən nəticə çıxarsaydı, o zaman bu gün tutulmazdı:

"O vaxtı Ağsatafanın icra başçısı tutulanda, düşündüm ki, yəqin bu, digər icra başçılarına dərs olacaq. Çox təəssüf ki, bu baş vermədi. Əksinə, həbslərdən sonra icra başçıları daha da qudurdular. Bu dəfə onlar gizli şəkildə rüşvət və korrupsiya ilə məşğul olmağa başladılar. Bütün bunlar isə Prezident İlham Əliyevin apardığı ciddi islahatlara kölgə salmaq cəhdləri idi. Sanki həmin məmurlar bu gün Prezident İlham Əliyevin islahatlarına kölgə salmaq üçün sıraya düzülüblər. Cənab Prezident bu adamlara dəfələrlə tapşırıqlar verir ki, harınlamayın, gedin xalqın xidmətçisi olun. Ancaq bu məmurlar başqa yol tutublar, öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Həbs olunanda da çıxıb kamera qarşısında ağlayırlar ki, səhv etmişik. Necə yani, səhv etmisən? Sən öz korrupsioner əməllərinlə ölkənin imicinə böyük zərbə vurmusan. Həmin məmurlar çox mənəviyyatsız hərəkətlər edirlər. Düşünürəm ki, onlara qarşı daha amansız tədbirlər görülməlidir, daha sərt cəzalar verilməlidir".

Partiya sədri qeyd edib ki, bu yaxınlarda DTX tərəfindən keçirlən əməliyyat zamanı tutulan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı uzun illərdən bəri rüşvət və korrupsiya ilə məşğul olub:

"Mahir Quliyev Biləsuvardan əvvəl Astarada idi və orada böyük qələtlər edib. Onu himayə edən şəxs də həbs olunmalıdır. Bu gün həmin adam uzun illərdən bəri Prezident Administrasiyasında şöbə müdiridir və korrupsioner icra başçılarını o himayə edir. Ən böyük korrupsionerlərdən biri məhz həmin adamdır. O, rüşvətxor məmurları Prezidentə "yaxşı" kadr kimi təqdim edib". (Demokrat.az)

pia.az


Etiket: Hafiz Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay