Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov: “Təbii və texnogen xarakterli fövqəladə hallar getdikcə geniş vüsət alır”  

“2023-cü ilin fevral ayında Türkiyədə baş verən zəlzələ bütün türk dünyasını sarsıdıb. Təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyi ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsidir”...

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında bildirib.

Nazir deyib ki, bu çərçivədə fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

“Təbii və texnogen xarakterli fövqəladə hallar getdikcə geniş vüsət alır”, - K.Heydərov əlavə edib.

Müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən K.Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Nazir əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımız azad edilib:

“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edirik. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay