Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmalə Ağazadə: “Azyaşlı körpəsi boğularaq öldürülən qadının ayaqları çürüyür” - Video

Sığınacağa yerləşdirilən körpənin anası baxımsız vəziyyətdədir.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, qadın Kürdəmir şəhər sakini Ruhiyyə Mahmudovadır:

“Bir neçə gün öncə biz sığınacaqdakı uşaqlar üçün Nabranda yay düşərgəsi təşkil etmişdik. Bu məsələ ilə bağlı ilk şikayət də məhz həmin ərəfədə gəldi. Kürdəmir Rayon Polis Şöbəsinin inspektoru tərəfindən müraciət olundu. Uşağı birbaşa bizim yanımıza gətirdilər və gördüm ki uşaqda davranış pozğunluğu var. Uşaq çox aqressiv idi və yemək, davranış məsələlərində ciddi nöqsanlar var. Məlum oldu ki anası yataq xəstəsidir. Telefonda bəzi məsələlər mənə qaranlıq qaldığı üçün qadınla üzbəüz söhbət etmək üçün yanına, Kürdəmirə getdim. Danışan zaman qadın deyir ki, onu bu vəziyyətə 11 il əvvəl birinci həyat yoldaşından olan qızını boğaraq öldürən və özünü də məcburi nikaha vadar edən şəxs salıb. Qadın iddia edir ki, onu bu vəziyyətə salan hazırda məhkumluq həyatı yaşayan Qeyrət Süleymanov adlı şəxsdir. Qadının sözlərinə görə iki il öncə o, həbsxanaya bir neçə gün Q.Süleymanovun yanında qalmağa gedib.

Lakin onun bu dediklərini sübut edəcək heç bir sənədi yoxdur. Dediyinə görə, Q.Sülüymanovun qardaşı arvadı Ruhiyyəyə çatdırıb ki, Qeyrətin sənə sözü var, mütləq həbsxanaya görüşünə get. O da gedib. Daha sonra bir dəfə də görüşə çağırıb və gəlməsə övladlarını öldürməklə təhdid edib. Ruhiyyə də məcbur olub getdiyini deyir. O görüş günü Q.Süleymanov tüpürcəyini şprisə çəkərək qadının ayaqlarına vurub. Bunu onu qısqandığı və yataq xəstəsi olması üçün edib. İki ildir qadının ayaqları çürüyür. Bu nə dərəcədə doğrudur, tibbi cəhətdən bu nə kimi fəsad verə bilər, bilmirəm. Bunu tibb işçiləri, ekspertiza dəqiq deyə bilər. Lakin qadının dizi bükülmür, ayaqları çürüyür. Artıq, demək olar ki, atrofiya olub. Mən inanmıram ki, bu ayaqlar bərpa olunsun.

 
Qadın deyir ki, birinci yoldaşından Zəhra və Vüqar adlı iki övladı var idi. Qızı boğularaq öldürülüb. Həmin məhkumluq həyatı yaşayan Q.Süleymanov 11 il öncə Ruhiyyə Mahmudovanın birinci evliliyindən olan 3 yaşlı qızını boğub öldürdüyü üçün 15 il müddətinə azadlıqdan məhrum edilib. Qadının dediyinə görə, o, uşağı boğub, boynunu sındırıb və çantaya qoyub. Qadının digər övladını da öldürməklə təhdid edib. Bu səbəbdən də Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin uşaq bizim sığınacağa yerləşdirilib”.

Kəmalə Ağazadə onu da qeyd edib ki, məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət ünvanlayıb:

“Mən aidiyyəti qurumlara üz tuturam. Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyindən bu qadına kömək etmələrini rica edirəm. Bu qadının müalicəyə ehtiyac var. Bəlkə ona pensiya təyin etmək olar? Heç olmasa qanunla nə lazımdırsa, qurumların səlahiyyətləri nəyə çatırsa, bunu edək. Məsələ çox ciddidir”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar