Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərə icazəsiz getmək istəyən şəxslər saxlanılıb - Foto

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Report”a bildirib ki, sentyabrın 25-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən Hikmət Şükürov, Elçin Əliyev, Natiq Cabbarov, Camaləddin Qasımov, Seyfulla Cabbarov, Zamin Qaraye, Firuz Axundov, Niyaməddin Salahov, Baxşeyiş Səmədov, Murad Əliyev və Ramiz Bəndalıyevi saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Ən çox oxunanalar