Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş baş prokuror həbs olunndu – “Vor zakon” Əzizin işi

“Çeçen Əziz” kimi tanınan “qanuni oğru” Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı Qırğızıstanda araşdırmalar davam edir

Rusiya mətbuatının yazdığına görə, cinayət işi üzrə daha bir fiqurant – Qırğızıstanın sabiq baş prokuroru Aida Salyanovanın adı hallanır. O, artıq saxlanılıb.

Sabiq baş prokurora qarşı istintaqla əməkdaşlıq etməyə razılaşan Narınsk vilayətinin prokuror müavini Mayrambek Akmataliyev ifadə verib. M.Akmataliyevlə A.Salyanova arasında növbəti dəfə üzləşmə keçirilib. Müvəqqəti saxlama təcridxanasında A.Salyanovaya baş çəkən parlamentin deputatı Almambet Şıkmamatovun dediyinə görə, M.Akmataliyev azadlığa çıxmaq üçün sabiq baş prokurora qarşı ifadə verib.

Bir müddət öncə “Prestupnaya Rossiya” nəşri M.Akmataliyevin saxlanılması barədə məlumat yaymışdı. “Çeçen Əziz”in təcridxanadan “qaçış”ı üzrə cinayət işi 2019-cu ilin aprelində yenidən araşdırılıb. Bu dəfə iş üzrə həkim-onkoloq, laborant və hakim istintaqa cəlb edilib.

Xatırladaq ki, ciddi rejimli koloniyada cəza çəkən “Çeçen Əziz” məhkəmənin qərarı ilə 2013-cü ildə azadlığa buraxılıb. “Qanuni oğru”nun həbsdən buraxılması həkimlərin ona “kəskin leykoz” diaqnozu qoymalarından sonra baş tutub.

Cinayət işi araşdırılarkən Qırğızıstanın sabiq səhiyyə naziri Dinara Saginbayeva da həbs olunub. Sonradan isə sabiq səhiyyə naziri ev dustaqlığına buraxılıb.

“Çeçen Əziz” qanunsuz silah saxlamada, narkotik vasitələrin qanunsuz dövriyyəsində, cəzaçəkmə müəssisəsində qiyamın təşkilində və s. bu kimi ağır cinayətlərdə ittiham olunaraq 16 il 8 ay azadlıqdan məhrum edilib. Məhkəmə “qanuni oğru” nun ölümcülxəstəliyə “düçar” olması qənaətinə gəlib və cəzasının çəkilməmiş hissəsindən azad edib. 9 aprel 2013-cü ildə Batukayev məhkəmə hökmü qanuni qüvvəyə mindikdən cəmi 6 saat sonra Bişkekdən çarter reysi ilə Çeçenistana uçub. Hazırda da orada yaşayır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay