Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəbənin üzərindəki qara örtük harada və necə hazırlanır?

Kəbə evinin üzərindəki ipək örtük "kisvə" adlanır

Bəzi mənbələrə görə, Kəbəni parça ilə örtmüş ilk şəxs Həzrət İsmayıl Peyğəmbər (ə), digər məlumatlara görə V əsrdə yaşamış Yəmən hökmdarı olmuşdur. İslamdan əvvəl, eləcə də, İslamın ilk dövrlərində hər il həcc mövsümündə Kəbənin üzərinə təzə kisvə örtülürdü.

Əvvəlki örtük isə zaman keçdikcə cırılıb yerə düşürdü. Üst-üstə atılmış örtüklər Kəbənin damına ağırlıq etdiyi üçün hər il köhnə kisvəni çıxarmağa başladılar.

Əvvəllər kisvəni Misirdə tikib gətirirdilər. Son zamanlar Ərəbistanın özündə xüsusi fabrik bu işlə məşğul olur. Kisvə qara ipəkdəndir, üzərinə qızıl saplarla Quran ayələri və naxışlar tikilir.

Kisvənin ümumi ağırlığı 550 kiloqrama yaxındır, onun hazırlanmasında 120 kiloqram qızıl sapdan istifadə edilir. Hər il köhnə kisvəni kiçik hissələrə bölüb, xüsusi hörmətli qonaqlara hədiyyə edirlər. (islam.az)

pia.az


Etiket: Kəbə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar