Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail prezidenti Azərbaycana gəlir... - Səfərdən gözləntilər nədir?

İshaq Hersoq mayın 30-31-də Azərbaycana səfər edəcək...

Azərbaycanın İsraildə səfirlik açmasından sonra prezident İshaq Hersoq mayın sonunda Azərbaycana səfər etməsi çox böyük bir hadisədir”.

“İsraillə Azərbaycan arasında olan münasibətlərdə ən önəmli faktor Azərbaycanda yəhudilərin çox tolerant bir mühitdə digər etnik azlıqlar kimi harmoniya şəraitində yaşamasıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov İsrail prezidentinin gözlənilən Azərbaycan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

İsrail prezidenti İshaq Hersoq mayın 30-31-də Azərbaycana səfər edəcək. Məlumata görə onu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edəcək.

Bəs İsrail Prezidentinin Azərbaycan səfərindən gözləntilər nədir?

İsrail-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İsrail məsələlərə beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşır və Ermənistanla hərbi sahədə əməkdaşlıq İsrail üçün aktual deyil”.

İki ölkə arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat və enerji sahəsində olan münasibətlərin bu gün böyük əhəmiyyət kəsb etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan İsrailin neftə olan tələbatının əhəmiyyətli hissəsini ödəyir:

Azərbaycanın İsraildə səfirlik açmasından sonra prezident İshaq Hersoq mayın sonunda Azərbaycana səfər etməsi çox böyük bir hadisədir. Çünki İsrail Azərbaycan üçün strateji tərəfdaş dövlətdir. Hərbi, texniki sahədə çox yaxşı münasibətlərimiz formalaşıb. Vətən müharibəsində İsrail istehsalı olan silah-sursat, texnika, pilotsuz uçuş aparatları, hava sistemindən müdafiə sistemləri özünü ən yüksək səviyyədə göstərdi. İsrail silahları Vətən müharibəsində qələbə əldə etməyinizdə mühum rol oynadı.

Eyni zamanda qeyd etmək lazımdır ki, İsrail məsələlərə beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşır və Ermənistanla hərbi sahədə əməkdaşlıq İsrail üçün aktual deyil.

Səfər zamanı İsrail prezidentini 40 nəfər nümayəndə heyyəti müşahidə edəcək. Bu hadisəyə paralel olaraq biz Benyamin Netanyahunun Azərbaycana səfərini xatırlayırıq. Çünki bu səfər də çox ciddi rezonans yaratmışdı. Həmçinin biz İsrailin Yaxın Şərqdə apardığı siyasətə də nəzər salırıq. Bu gün İsrail Ərəb dövlətləri və Türkiyə də daxil olmaqla münasibətlərin formalaşmasının tərəfdarıdır. Eyni zamanda Azərbaycan da İsraillə Türkiyə arasında münasibətlərin normallaşdırılmasının hər zaman tərəfdarı olmasını bildirib.

İlyas Hüseynov: “Səfər zamanı İsrail prezidentini 40 nəfər nümayəndə heyyəti müşahidə edəcək. Bu hadisəyə paralel olaraq biz Benyamin Netanyahunun Azərbaycana səfərini xatırlayırıq”.

Digər tərəfdən bizim üçün önəmli olan məsələ milli maraqlarımız kontekstində münasibətlərin dəyərləndirilməsi və faydalı müzakirələrin aparılmasıdır. İsraillə Azərbaycan arasında olan münasibətlərdə ən önəmli faktor Azərbaycanda yəhudilərin çox tolerant bir mühitdə digər etnik azlıqlar kimi harmoniya şəraitində yaşamasıdır.

İki ölkə arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat və enerji sahəsində olan münasibətlər bu gün böyük əhəmiyyət kəsb edir. Azərbaycan nefti İsrailin neftdə olan tələbatının əhəmiyyətli hissəsini ödəyir. Bu da İsrail üçün çox mühum strateji bir məsələdir. Azərbaycan və İsrail arasında olan münasibətlər artıq keyfiyyətcə dini müstəvini diktə edir. Bu xüsusda İsraildə Azərbaycan səfirliyinin açılması da çox böyük əlamətdar hadisə idi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar