Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in son qalasında dəhşətli mənzərə: Yaralılar çıxarılır, uşaqlar acından ağlayır...

İslam Dövləti (İŞİD) silahlı qruplaşması son nəfəsində də təşkilatlanmış və qəddar olaraq qalır

Suriyada əllərində qalan sonuncu məkanda belə onlar tərəfdarlarına ərzaq və pul paylayır, dini polis və döyüşçüləri isə qorxu və qəddarlıq idarəçiliyini davam etdirirlər. Bu haqda “The Associated Press” agentliyi yazıb.

Agentlik qeyd edir ki, qruplaşma son bir neçə həftə ərzində 10 mindən artıq yorğun və yaralı tərəfdarının köçürülməsini təmin edib, görünür, uzunmüddətli perspektivdə salamat qalmağı, münaqişəni davam etdirməyi gözə alırlar.

Çoxu əcnəbilərdən, iraqlılardan, orta asiyalılardan ibarət yaraqlılar indi son döyüşə girişiblər, Bağuz kəndində tunellərə, mağaralara sığınıblar. Ötən cümədən bəri ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin bərpa etdiyi gülləbarana dirəniş göstərməkdədirlər. SDF rəsmilərinin fikrincə, onlar ölümünə savaşmaq niyyətindədirlər.

Agentlik ərazidən çıxarılan 20-dən artıq adamdan müsahibə alıb. Onların deməsinə görə, qruplaşma əraziyə nəzarəti saxlamağa çalışdıqca onun vaxtilə güclü qurumları da təzyiqə dirəniş göstəriblər. Amma danışanlar İŞİD-in qisasından qorxaraq adlarının çəkilməsini istəməyiblər. Onlardan çoxu İŞİD üzvlərinin qohumlarıdır.

Dul qadınlar deyiblər ki, hətta yaraqlılar çadırlara köçəndən sonra belə onlar İŞİD-in administrasiyasında olan qonaq evlərində qalıblar, qrup aylıq təqaüdləri ərzaq yardımıyla əvəzləyib, amma getdikcə ərzaq qıtlığı yarandığından yardım da azalıb. Pul transferi ofislərinin son günədək işlədiyi deyilir. 24 yaşlı bir suriyalı qadın deyib ki, əri öləndən sonra, bir ay öncə anası Hələbdən ona pul göndərib.

Yaraqlıların fiziki cəzaları da qüvvədə saxladığı söylənir. Onlar adamların qaçmasına kömək edən bir iraqlı lideri öldürüblər. “Hisba” adlı dini polis Bağuzdakı çadırları gəzərək sakinləri gündə beş dəfə namaz qılmağa çağırıblar. Təxliyə vaxtı çatanda Hisba əməliyyata nəzarət edib, yaralıları və ailələrinə qeydiyyatdan keçməyə çağırıb.

Khodr adlı bir sürücü isə agentliyə qruplaşmanın necə təşkilatlanmasının birbaşa şahidi olmasından danışıb. O, Bağuzdan çıxarılanları daşıyan yük maşınlarından birini sürür. Deyir ki, əməliyyat zamanı maskalı İŞİD-çilər hər yük maşınında ikisi olmaqda adları siyahı üzrə bir-bir yoxlayıblar.

Sürücü silahlının bir qadını vurduğunun da şahidi olub. O, görünür, avtobusa minməyə tərəddüd edirmiş.

“Dəhşətli səhnə idi. O qadını iki metrlik məsafədən vurdu. O yıxıldı və mən ağlamağa başladım”, – sürücü danışıb.

Demək olar hər gün Bağuzdan yüzlərlə qadın və kişi çıxarılır, onların çoxunun travmalı və yaralı olduğu bildirilir. Bəziləri əlil arabalarında, ambulanslarda daşınır. Körpələr və uşaqlar acından ağlayır. Hər əlində iki körpə tutmuş qadınlar şəxsi əşyaları olan sellofan torbaları dallarınca sürüyürlər. Onlardan bəziləri uşaqlarını və ərlərini itirib.

Bağuzdan çıxandan sonra isə onları SDF qəbul edir. Kişilər ayrıca cərgəyə düzülərək üst-başları axtarılır, SDF döyüşçüləri onların biometrik məlumatlarını yığır.

27 yaşlı Um Abdulrahman deyib ki, o, ərazidən çıxmaq üçün dörd gün əlləşib. Bir neçə həftə öncə atışmada o yaralanıb, körpə oğlu isə öldürülüb. Məscid xidmətçisi olan əri isə çıxmağa qorxub. “Onlar tərəfindən öldürüləcəyindən çox qorxurdu”, – qadın göz yaşını paltarının qoluna silir. Nəhayət hər ikisi çıxa bilib və əri SDF tərəfindən dindirilib. (azadliq.org)

pia.az


Etiket: İŞİD

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Ən çox oxunanalar