Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşgəncələrə nağıl demişdi, dünən isə işgəncənin qarşısını aldığını dedi

Xəbər verdiyimiz kimi, ötən gün Hərbi Prokurorluğun qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Tərtər hadisələri”ndə zərərçəkənlərin ailə üzvləri və yaxınları olub. Onlar yenilənmiş “Tərtər işi”nin obyektiv araşdırılması üçün Hərbi Prokuror Xanlar Vəliyevin istefası tələbi ilə şüarlar səsləndiriblər. Bundan sonra X. Vəliyev açıqlama verərək istefa verməməli olduğunu deyib. O, açıqlamasında bildirib ki, ona qarşı istefa çağırışı etmək absurddur, o işgəncələrin qarşısını alan adamdır.
Yeniavaz.com xəbər verir ki, Hərbi prokurorun bu sözlərindən sonra onun son bir il ərzində üç fərqli vaxtda verdiyi açıqlamalar sosial şəbəkələrdə müzakirə edilib.
Belə ki, X. Vəliyev 16 aprel 2021, 1 noyabr 2021 və 16 iyun 2022-ci il tarixində “Tərtər işi” ilə bağlı müxtəlif və əks məzmunlu açıqlamalar verib.

X. Vəliyev 2021-ci ilin aprel ayında “Tərtər işi” ilə bağlı açıqlamasında deyib: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

O, bundan təxminən 6 ay sonra verdiyi açıqlamasında isə bildirib: “Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, hərbi prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik. Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir”.

Nəhayət ötən gün Hərbi prokuror bütün bu müzakirələrin ortaya çıxmasına səbəb olan açıqlamanı verib: “Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.
Yuxarıda göstərilən üç fərqli tarixdə verilmiş açıqlamalar sosial şəbəkə istifadəçilərinin müzakirə mövzusuna çevrilib.

Bütün bunlarla bağlı Hərbi Prokurorluğun mövqeyini öyrənmək istədik. Hərbi prokurorun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev ilə əlaqə saxlağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Ən çox oxunanalar