Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrlandiyalı alimlər kəşf ediblər: Qapıçılar dünyanı fərqli qəbul edirlər...

Qapıçılardakı bu fərqlərin ciddi məşq proqramları və ya təbii istedadla bağlı olduğu bilinmir...

Polqon xəbər verir ki, bu barədə “İndependent Türkçe” nəşri məlumat yayıb. Nəşr yazır ki, qapıçılar və meydandakı digər oyunçular arasındakı fizioloji fərqlərə diqqət yetirən bir çox araşdırma olsa da, qapıçıların qabiliyyətləri haqqında çox az şey məlumdur. İrlandiyada aparılan araşdırma qapıçıların dünyanı fərqli qəbul etdiyini ortaya çıxarıb.

Dublin Siti Universiteti və Dublin Universitetindən olan tədqiqatçılar peşəkar qapıçıların, kənar oyunçuların və eyni yaşda olan oyunçu olmayan könüllülərin iştirakı ilə keçirilən testlərdə səs və görüntülərə reaksiyaları araşdırıblar.

Hakimlər tərəfindən nəzərdən keçirilən “Current Biology” jurnalında dərc edilən araşdırmada, fərqli duyğulara xitab edən siqnalların qapıçıların zehnində meydandan kənar oyunçulara və oyunçu olmayanlara nisbətən daha qısa müddətdə bir araya gəldiyi ifadə edilib. Qapıçılar müxtəlif hisslərdən gələn ümumi siqnalları tez birləşdirərək reaksiya verə bilirlər və bu xüsusiyyət onlara meydanda öz bacarıqlarını göstərməyə imkan verir.

Qapıçılar audio və görüntünü izləməlidirlər

Ümumilikdə 60 nəfərin 20 nəfərlik qruplara bölündüyü araşdırmada qapıçıların fərqli duyğu siqnallarını ayırma meyli eyni anda vizual və eşitmə məlumatlarına əsaslanaraq cəld qərarlar vermə ehtiyacından qaynaqlana bilər.

Qapıçı olmağın çoxlu qavrayış tələb etdiyini ifadə edən psixoloq Dr. David McGovern, “Qapıçılıq təkcə vizual deyil, həm də işitsel məlumat tələb edir. Çox vaxt onlar topun harada olduğunu görə bilmirlər və bu halda topun hara gedəcəyini təxmin etmək üçün səsi izləmək lazımdır”, deyib.

Peşəkar qapıçılardakı bu fərqlərin ciddi məşq proqramları və ya təbii istedadla bağlı olduğu hələ aydın deyil.

McGovern həmçinin bildirib ki, bu imkanları qiymətləndirmək üçün qapıçı namizədlərinin inkişaf kursunu izləmək üçün daha çox araşdırma aparılmalıdır.

Hazırkı araşdırma yalnız kişilər arasında aparılsa da, tədqiqatçılar qadın oyunçuların və hücumçu və müdafiəçi kimi digər ixtisaslaşdırılmış mövqelərdə olan futbolçuların da qavrayış fərqlərinin olub-olmadığını araşdırmaq istədiklərini bildiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay