Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanda Paşinyan əleyhinə aksiyalar davam edir, saxlanılanların sayı 277-yə çatıb - Yenilənib

Ermənistanda etiraz aksiyasında saxlanılanların sayı 277-yə çatıb.

APA xəbər verir ki, Ermənistan Polisi indiyədək 277 nəfərin saxlanılaraq polis bölmələrinə aparıldığını açıqlayıb.

Müxalifət polisin zorakılığa yol verdiyi barədə məlumatlar yayır.

***

Polis Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı 73 nəfəri saxlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər də müxalifət üzvləri Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək paytaxtın küçə və prospektini bağlamağa cəhd göstərir.

Aksiyanın təşkilatçısı olan “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan polisin deputatlara da güc tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, “Hayastan” fraksiyasının deputatları Artsvik Minasyan və Vahe Akopyan polisin təzyiqinə məruz qalıb.

Polisin Ermənistan parlamenti sədrinin keçmiş müavini Eduard Şarmazanovu saxladığı da bildirilir. E. Şarmazanov və digər saxlanılanlar polis bölmələrinə aparılır. İ. Saqatelyan artıq polis bölmələrində yer olmadığını bildirib.

Ermənistan Polisinin rəis müavini Ara Fidanyan isə müxalifətin bəyanatlarına cavab verib. Rəis müavini aksiyalar nəticəsində paytaxt İrəvanda hərəkətin iflic olması barədə açıqlamaları təkzib edib: “Təbii ki, nə İrəvan, nə də hər hansı dövlət strukturu iflic olub. Polis öz funksiyalarını dəqiq yerinə yetirir, polis indiyə qədər ümumilikdə qanun çərçivəsində hərəkət edib”.

O, itaətsizlik aksiyasının 20 gündür davam etdiyini, polisin bu müddətdə heç bir xüsusi vasitədən istifadə etmədiyini söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay