Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Rza Abbasi vasitəsilə Naxçıvana iddia etdi - Tehran “qırmızı xətti” keçdi...

Qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi şəxsi “Twitter” hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq, “Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik”, yazıb...

Politoloq: “Rza Abbasi adlı şəxsin “Twitter” hesabında Naxçıvanla bağlı təxribatlı paylaşım etməsi ondan xəbər verir ki, artıq İran tərəfi bütün imkanlarından, resurslarından istifadə edərək sözün əsl mənasında Azərbaycana qarşı əsasız ərazi iddialarını davam etdirir”.

Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxara bilər. Bu prosesi İran başlayıb. Azərbaycan da İranın bu hərəkətlərinə qarşı əks həmlələri hərəkətləri etməyə borcludur”.

Bu sözləri politoloq Samir Hümbətov iranlı siyasətçi Rza Abbasinin Naxçıvanla bağlı təxribatlı paylaşımını PİA.az-a şərh edərkən qeyd edib.

Qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi adlı şəxsi “Twitter” hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq, “Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik”, yazıb. Qeyd edək ki,Rza Abbasi SEPAH-a yaxın bir şəxs kimi tanınır və İnqilab Keşikçilərinin tezisləri ilə çıxış edir. İranlı ekspertin Naxçıvanla bağlı təxribat xarakterli bu açıqlaması İranın “qırmızı xətti” keçməsindəb xəbər verirmi?

İranın növbəti təxribatını PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “İran belə bir addım atandan sonra Azərbaycanın da tam suveren haqqıdır ki, İrana qarşı onların sürdüyü ərazi iddiası səviyyəsində ərazi iddiası irəli sürsün”.

Hər bir zaman İranın Azərbaycanın tarixi ərazilərinə əsasız iddialarının olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu da ondan xəbər verir ki, Tehranın Azərbaycana qarşı niyyəti heç də saf deyil:

“Rza Abbasi adlı şəxsin “Twitter” hesabında Naxçıvanla bağlı təxribatlı paylaşım etməsi ondan xəbər verir ki, artıq İran tərəfi bütün imkanlarından, resurslarından istifadə edərək sözün əsl mənasında Azərbaycana qarşı əsasız ərazi iddialarını davam etdirir. İran istər sosial şəbəkələr, istər “siyasi şərhçilər”, istərsə də ordusu vasitəsilə Azərbaycana qarşı anti-Azərbaycan siyasətini yürüdür. Belə bir təbliğata qoşulanlardan biri də Rza Abbasidir. Rza Abbasi barədə apardığım araşdırmada məlum oldu ki, bu adamın heç düz-əməlli bir siyasi görüşü də yoxdur. O sadəcə olaraq SEPAH-la hakimiyyət arasında bir oyuncağa çevrilmiş şəxsdir.

Digər tərəfdən isə nəzərə almalıyıq ki, hər bir zaman İranın Azərbaycanın ərazilərinə iddiası olub. Hətta zaman-zaman İran müxtəlif platformalar vasitəsilə də Azərbaycana təzyiq edir. Məsələn “Twitter”də İranın Azərbaycandakı səfiri özünü Bakıdakı səfir kimi təqdim edir. Yəni səfir belə Azərbaycan kəlməsini dilinə gətirməyə qorxur. Çünki hər zaman İran Azərbaycandan çəkinib və müstəqil Azərbaycan Respublikasını özünə qarşı təhdid kimi görüb.

Samir Hümbətov: “Nəinki İran, digər dövlətlər belə Naxçıvanla bağlı heç bir xəyala qapılmalı deyil və qapıla da bilməzlər”.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın güclənməsi İranın heç də ürəyincə olmadı. Buna görə də bu gün İran anti-Azərbaycan təbliğatını davam etdirir. Digər bir məsələ ondan ibarətdir ki, bu cür açıqlamalar verməklə İran beynəlxalq hüquq normalarını pozur. Bu da ondan xəbər verir ki, İranın niyyəti heç də saf deyil və İran Azərbaycana qarşı ərazi iddiası ortaya qoyur.

İran belə bir addım atandan sonra Azərbaycanın da tam suveren haqqıdır ki, İrana qarşı onların sürdüyü ərazi iddiası səviyyəsində ərazi iddiası irəli sürsün. Eyni zamanda Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxara bilər. Bu prosesi İran başlayıb. Azərbaycan da İranın bu hərəkətlərinə qarşı əks həmlələri hərəkətləri etməyə borcludur və bunu davam etdirəcək.

Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki İran, digər dövlətlər belə Naxçıvanla bağlı heç bir xəyala qapılmalı deyil və qapıla da bilməzlər”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar