Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Qasım Süleymaninin ölümünə görə Trampdan qisas almağa hazırlaşır?

İran general Qasım Süleymaninin öldürülməsində iştirak edənlərin məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səviyyədə hüquqi və məhkəmə prosedurlarına müraciət etmək niyyətindədir...

Poliqon xəbər verir ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani CNN telekanalına müsahibəsində Tehranın ABŞ-ın keçmiş prezidenti Donald Trampı ləğv etməyə hazırlaşması ilə bağlı məlumatları belə şərh edib.

Aparıcı müsahibədə İranın Trampı öldürmək planı olduğu iddiası ilə bağlı Kaniyə sual verib.

"Mən sizə açıq şəkildə dedim ki, biz Süleymaninin qətlini həyata keçirən günahkarları və hərbi müşavirləri məsuliyyətə cəlb etmək üçün milli və beynəlxalq səviyyədə hüquqi və məhkəmə prosedurlarına müraciət edəcəyik", deyə Kani cavab verib.

Bundan əvvəl Amerika kəşfiyyatı İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampı sıradan çıxarmaq planları hazırladığı iddia edilən xəbərlər fonunda yaxın həftələrdə ona qarşı yeni cəhdlər edilə biləcəyini bildirmişdi.

Politico qəzeti yazıb ki, Amerika kəşfiyyat orqanları İranın Trampa qarşı sui-qəsd planlarının hazırlanmasında iştirakı ilə bağlı getdikcə daha çox sübut əldə edirlər. Qeyd olunub ki, Tehran noyabrda ABŞ-da keçiriləcək seçkilər ərəfəsində müvafiq niyyətlərini həyata keçirə bilər.

Nəşr xatırladıb ki, İran illərdir 2020-ci ildə yüksək rütbəli iranlı general Qasım Süleymaninin məv edilməsinə görə Trampdan qisas almaq planını nəzərdən keçirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay