Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran prezidenti Rəşt-Astara dəmir yolu bağlı razılaşmanı strateji addım adlandırıb...

Rəşt-Astara dəmir yolunun yaradılmasına dair razılaşma İran və Rusiya arasında münasibətlərdə mühüm və strateji addım hesab olunur...

Poliqon İRNA Agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İran prezidenti İbrahim Rəisi bildirib.

İranda Rəşt-Astara dəmir yolu hissəsinin yaradılmasına dair sazişin imzalanması mərasimində çıxış edən Rəisi Aerokosmik Qüvvələrin xətti ilə tədbirdə iştirak edən Rusiya prezidenti Vladimir Putinə hər iki ölkə arasında əməkdaşlıq mövzusuna ciddi münasibətinə görə təşəkkür edib.

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə İranRusiya üçün deyil, bütün region ölkələri üçün faydalı olacaq. Şərqi və Cənubi Asiyadan Qafqaza və Şimali Avropaya gedən bu marşrut bütün bu ölkələr arasında dostluğun, sinerjinin, ticarət-iqtisadi əməkdaşlığın təzahürü olacaq”, deyə İran prezidenti qeyd edib.

Rəisinin sözlərinə görə, Rusiya Federasiyası və bu dəhliz üzərində olan ölkələrin hamısı bilir ki, İran marşrutu ticarət, iqtisadi və tranzit işləri üçün ən ucuz, iqtisadi və ən yaxın marşrutdur.

“Bizim böyük iqtisadi potensialımız var və bu potensialdan hələ tam istifadə olunmayıb. Biz bütün qüvvələrdən, vasitələrdən və imkanlardan istifadə etməliyik ki, bütün bu layihələr həyata keçirilsin”, deyə Rəisi bildirib.

Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Bu yol Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək və bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar