Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas Hüseynov: Son dövrlər ABŞ Azərbaycanın mövqeyini dəstəkləyir...

ABŞ-ın Ermənistandakı səfiri Qarabağ erməniləri haqqında danışıb...

Politoloq: “İndiki səfir Kristina Kuin müəyyən mənada obyektivdir və onun fikirləri eyni zamanda Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür”.

“Dünyanın digər dövlətlərində necə ki, terrorla amansız mücadilə aparılır, Azərbaycan da məhz ABŞ-ın siyasi dəstəyinə arxalanaraq terrorun ölkəmizdə baş qaldırmasına imkan verməyəcək”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ-ın Qarabağ erməniləri ilə bağlı mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının Azərbaycan tərəfindən müdafiəsi məsələsi ilə bağlı danışıb. O bildirib ki, bu mümkündür. Artıq, ABŞ-ın da Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi görülür.

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Azərbaycanın antiterror əməliyyatı həyata keçirməsi də ABŞ tərəfindən dəstəklənməlidir”.

Azərbaycanın öz vətəndaşları ilə əlaqə yaratması üçün hansısa beynəlxalq mexanizminə ehtiyacı olmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələri öz vətəndaşları ilə ünsiyyət yaratdıqda bunun üçün Beynəlxalq təkilatlara nüraciət eləmir və bu məsələdə də istisna olmamalıdır:

ABŞ-ın Ermənistandakı öncəki səfiri tamamilə qərəzli və bir çox hallarda da ermənipərəst mövqedən çıxış edirdi. Düşünürəm ki, indiki səfir Kristina Kuin müəyyən mənada obyektivdir və onun fikirləri eyni zamanda Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür. Çünki Azərbaycan dövləti Qarabağ iqtisadi zonasında olan etnik ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunması istiqamətində zəmanət verir. Bu tezis uzun illərdir ki, Azərbaycan üçün aktualdır.

Vətən müharibəsindən öncə də biz prezident İlham Əliyevin çıxışlarında bu məsələnin qabardılması görmüşük. Əlbəttə ki, onlar Azərbaycan vətəndaşlığını daşımalı, Azərbaycan cəmiyyətinə reinteqrasiyası olunmalı, Azərbaycan pasportunun onlara verdiyi hüquqlardan da, isifadə etməlidirlər. Lakin bu məsələyə müdaxilələr də hiss olunur. Ermənistan tərəfinin istəyi burada hansısa beynəlxalq mexanizmin yaradılmasından ibarətdir. Düşünürəm ki, bu da prosesə mənfi təsir göstərə bilər. Çünki beynəlxalq mexanizm dedikdə burada ayrı-ayrı güc mərkəzlərinin iştirakı, kommunikasiya, infrastruktur əlaqələrinin qurulması özündə əks etdirir.

Azərbaycan ATƏT-in timsalında mənfi təcrübəni keçdiyi üçün belə mexanizmin yaradılmasını inkar edir, onun tərəfdarı olmadığını bildirir. Digər tərəfdən də Azərbaycanın öz vətəndaşları ilə əlaqə yaratması üçün hansısa beynəlxalq mexanizminə ehtiyacı yoxdur. Məgər dünyada ayrı-ayrı ölkələr öz vətəndaşları ilə ünsiyyət yaratdıqda orada güc mərkəzlərimi iştirak edir? Yaxud da güc mərkəzlərinin burada iştirakı hansı məqsədlə yaradılır və nəyə xidmət edəcək?

İlyas Hüseynov: “Qarabağ erməniləri məsələsinə müdaxilələr də hiss olunur”.

Həmçinin Azərbaycan prezidentinin amnistiya ilə bağlı fikrinə də ABŞ-dan müsbət reaksiya bildirildi. Bu da onu deməyə əsas verir ki, son dövrlər ABŞ Azərbaycanın mövqeyini dəstəkləyir. Digər tərəfdən Azərbaycan prezidenti cənab İlham Əliyev ABŞ-a müstəqil günü ilə bağlı göndərdiyi məktubunda da regional təhlükəsizliyə dair bir sıra mühim elementlər yer alırdı. Düşünürəm ki, bu da ABŞ-Azərbaycan münasibətlərini sırf təhlükəsizlik kontekstində əlaqələrin inkişafı kimi dəyərləndirilməlidir.

Ümummillikdə, ABŞ-Azərbaycan münasibətləri enerji təhlükəsizliyi, regional təhlükəsizlik, terrorla mücadilə və demokratiya quruculuğunu əhatə edir. Hesab edirəm ki, ötən dövr ərzində hər bir istiqamət üzrə uğurlu nəticələr əldə olunub. Xüsusilə, Azərbaycan Vətən müharibəsindən sonra transmilli cinayətkarlığa, terrorçuluğa və regional təhlükəsizliyə təhdid elementlərə son qoydu.

Bu gün də Qarabağ iqtisadi zonasında terrorçular və terrorist ünsürlər qalmaqdadır. Düşünürəm ki, Azərbaycanın antiterror əməliyyatı həyata keçirməsi də ABŞ tərəfindən dəstəklənməlidir. Dünyanın digər dövlətlərində necə ki, terrorla amansız mücadilə aparılır, Azərbaycan da məhz ABŞ-ın siyasi dəstəyinə arxalanaraq terrorun ölkəmizdə baş qaldırmasına imkan verməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar