Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

II Elizabetin dəfninə gələcək dünya liderlərinə qadağa

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə dəvət edilən dünya liderləri avtomobil və helikopterlərdən istifadə edə bilməyəcək. Bundan başqa, onlar kommersiya reysləri ilə ölkəyə gəlməli olacaqlar.

“Politico”nun məlumatına görə, qaydalar tədbirdə boş yerin olmaması, eləcə də ziyarətçilərin çoxluğu ilə bağlıdır.

Nümayəndə heyətlərinin tərkibində də məhdudiyyətlər var. Dəfn mərasimində yalnız dünya liderləri və onların həyat yoldaşları iştirak edə biləcəklər. Onlar mərkəzləşdirilmiş şəkildə avtobusla çatdırılacaqlar.

Anım mərasimindən sonra onlar Lankaster-Hausda başsağlığı kitabına qeydlər qoya biləcəklər. Onlar daha sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşmək üçün Dins-Yarda gedəcəklər.

Eyni zamanda, dəfn mərasimindən bir gün əvvəl III Karl Bukingem sarayında bütün xarici liderlər üçün ziyafət təşkil edəcək.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 19-da Britaniya vaxtı ilə saat 11:00-da keçiriləcək.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar