Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanmasından sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanmışdır. Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 nəfərindən biri Abşeron rayonu Qobu qəsəbə sakini, 1951-ci il təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşmişdir. Onun nəşi bu gün Qobu qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Qasımov Gülverdi Abil oğlunun yanında dəfn olunmuşdur. Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak etmişdir.

Gülverdi Hüseynov sovet ordusunda xidmət edən zaman Birinci Qarabağ müharibəsi başlayandan sonra vətənə qayıdaraq könüllü şəkildə cəbhəyə gedib və gizir kimi vətəninə xidmət edib. 26 yanvar 1992-ci ildə Gülverdi Hüseynovun Şuşa rayonu, Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmamışdır.

Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində könüllü olaraq vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülmüşdür.

Dəfn mərasimində şəhidin ailə üzvləri bildirmişdir ki, uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Gülverdi Hüseynovun nəşinin tapılmasını, ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar. 31 ildən sonra şəhidin nəşinin gətirilərək uzun illər yaşadıqları Qobu qəsəbəsində dəfn edilməsini yüksək dəyərləndirən ailə üzvləri buna görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay