Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər kəsin maraqlandığı Əsma Əsəd kimdir?

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd məşhurluğuna görə heç də həyat yoldaşından geri qalmır

Onun Suriyanın çətin günlərində Bəşərin yanında qalması, əri ilə çiyin-şiyinə ağır yükün altına girməsi diqqətdən yayınmayıb.

Bu gün yayılan məlumata görə, Əsma Əsəd xərçəng xəstəliyinə tutulub.

Bu barədə Suriya prezidentinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

Səhifədə Bəşər Əsədlə Əsma Əsədin xəstəxanada çəkilmiş birgə şəkli yayımlanıb və bu mesaj yazılıb:

"Güc etimad və inamla… Əsma Əsəddə bədxassəli süd vəzi xərçəngi aşkarlanandan sonra o, müalicənin ilkin mərhələsinə başlayıb. Prezident Aparatı və işçi heyət Əsma xanıma şəfa diləyir".

Belə bir məqamda Əsma xanımın kimliyi, keçdiyi həyat yolu maraqla qarşılanmaya bilməz.

Məşhur Kral Kollecinin məzunu olan Əsma Əsəd 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub. Evləndikdən sonra bankçılıq fəaliyyətinə son qoyub.

Əsma Fəvaz Əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otri Əl-Əxrəsin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb.

Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyib. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb.

Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıdıb və dekabrda Bəşər Əsədlə ailə qurub.

Onların üç uşağı var: Hafiz, Zeyn, Kərim. Əsmə Əsədin valdeyinləri Böyük Britaniyada yaşayırlar.

pia.az


Etiket: Əsma Əsəd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay