Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər kəsə potensial virus daşıyıcısı kimi yanaşmaq lazımdır”

Nəzərə almaq lazımdır ki, problem qlobal xarakter daşıyır və bizim düşündüyümüzdən daha uzunmüddətli ola bilər...

“COVİD-19 virusuna yoluxma faktları ilə bağlı statistik göstəricilər aparılan testlərin sayına görə ortaya çıxan nəticələrdir. Bu təbii ki, əhalinin sayına görə yoluxma hallarının göstəricisi kimi qəbul edilə bilməz. Əgər immun sistemi güclü olan insanların xəstəliyi simptomsuz keçirdiklərini nəzərə alsaq, yoluxma hallarının statistik göstəricilərdən yüksək olduğu qənaətinə gələ bilərik. Belə olduğu təqdirdə, ilk növbədə vətəndaşların maksimum məsuliyyətli davranmasına ehtiyac var”.

Bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, insanlar hər kəsə potensial virus daşıyıcısı kimi yanaşmalı və özlərini qorumalıdırlar:

“Hər kəs bir nəfər kimi maskadan istifadə etsə, xüsusi karantin rejimin qaydalarına uyğun davransa, şübhəsiz ki, yoluxma halları da baş verməyəcək və qısa bir zaman ərzində həyatımızı və sağlamlığımızı təhdid edən bu təhlükə sovuşub gedəcək.

Bildiyiniz kimi, istər Operativ Qərargah, istər TƏBİB, istərsə də kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları COVİD-19 virusuna yoluxma təhlükəsi ilə bağlı kifayət qədər geniş marifləndirmə işi aparırlar. Bu iş sosial şəbəkələr üzərindən də uzun müddətdir ki, davamlı şəkildə həyata keçirilir. Belə olduğu təqdirdə, əgər kimlərsə xüsusi karantin rejiminin qaydalarına əməl etmirsə və eyni zamanda onların COVİD-19 virusunun daşıyıcısı olduğu aşkarlanırsa, bu halda həmin şəxslərin hərəkətləri təkcə inzibatı yox, həm də cinayət məsuliyyəti yaradır. Bu halda həmin şəxslərin əməli Cinayət Məcəlləsinin 131-ci maddəsinə uyğun olaraq, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma kimi dəyərləndirilə bilər”.

Elçin Mirzəbəyli qeyd edib ki, Cinayət Məcəlləsində COVİD-19 virusu ilə birbaşa bağlı olmasa da, ayrı-ayrı xəstəlik və virusları yaymaqla bağlı müddəalar da var:

“Hüquqi məntiqə uyğun olaraq, COVİD-19 virusunu yayma ağır nəticələr doğura bildiyi üçün Cinayət Məcəlləsinin 139, yaxud 140-cı maddəsində nəzərdə tutulan hallar COVİD-19 virusunu yayan insanlara da şamil edilə bilər. Təbii ki, bunun üçün Cinayət Məcəlləsinə koronavirusla bağlı müvafiq əlavə və dəyişikliklər edilməlidir.

Mövcud şərait şübhəsiz ki, sərt tədbirlərin həyata keçirilməsini zəruri edir. Hökumət virusun yayılma təhlükəsini önləmək üçün sərt tədbirlər həyata keçirmək məcburiyyətindədir. Bununla yanaşı, ölkə iqtisadiyyatına dəyən ziyanın davamlı olmaması, iş yerlərinin qorunub saxlanılması üçün də zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Yəni insanların özlərini qorumaqla işlərinə davam etmələri üçün mexanizmlər düşünülməli və həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, problem qlobal xarakter daşıyır və bizim düşündüyümüzdən daha uzunmüddətli ola bilər. Amma uzunmüddətli iqtisadi fəaliyyətsizliyə heç bir ölkənin iqtisadiyyatı, maliyyə sistemi davam gətirə bilməz. Bu baxımdan, nəyin bahasına olursa olsun insanların maksimum məsuliyyətli davranmalarına və tələb olunan qaydaların vərdişə çevrilməsinə nail olmalıyıq”.(Teleqraf)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

Ən çox oxunanalar