Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Havar Məmmədov qanunu pozur, iki tələbəyə arayış vermir

Hüquqşünas bu addımı qanun pozuntusu sayır..

Bakı Mühəndislik Universitetinin (BMU) IV kursda oxuyan iki tələbəsinin təhsil hüququnun pozulduğu bildirilir.

Bu barədə hüquqşünas Səməd Rəhimli “Facebook” səhifəsində yazıb.

O bildirib ki, akademik borclarını aradan qaldırmadıqları halda həmin tələbələr 1 il 6 ay müddətinə hərbi xidmətə cəlb edilmək riski ilə üzləşirlər: “Mövcuq qanunvericiliyə akademik borcu olan tələblərin akademik borclarını ağlabatan müddətdə ödəyənə qədər ali təhsil almaq hüquqları və tələbə statusları qüvvədə qalır. Buna əsasən hərbi xidmətə möhlət hüquqları da qüvvədə qalmalıdır. Buna baxmayaraq, ya tələbələrin təhsil aldıqları ali təhsil müəssisələri, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları bürokratik əngəllər yaradırlar”.

Hüquqşünas deyir ki, ona müraciət edən hər iki tələbəyə akademik borcu olmasına dair arayış verməkdən imtina edilib: “Buna görə də tələbələr hazırda pis vəziyyətdə qalıblar və möhlət hüquqlarının davamiyyətini təmin edə bilmirlər. Bakı Mühəndislik Universiteti tərəfindən belə arayışın verilməsindən imtina edilməsi həmin tələbələrin təhsil hüquqlarının və qanuni möhlət hüquqlarının pozuntusudur”.

“Hazırda Bakı Mühəndislik Universiteti daxil olmaqla Azərbaycan universitetləri əsasən kredit sistemi adlandırılan tədris planlaşdırmasından istifadə edir. Mövcud qanuna əsasən, tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər”, – deyə o bildirib.

“Göstərilənlərə əsasən, akademik borcu olan tələbələr ali təhsil müəssisəinin tələbələri sırasından xaric edilməyib və həmin tələbə kontingentində saxlanılır. Buna görə də akademik borcu ağlabatan müddətdə ödəyənə qədər möhlət hüquqlarının davamiyyəti təmin edilməlidir”, – hüquqşünas belə yazıb.

Səməd Rəhimli

Onun sözlərinə görə, Bakı Mühəndislik Universitetinin rəhbərliyi akademik borcun olmasına dair arayışı verməkdən imtina edir. Bu hal isə təhsilalanların “Təhsil haqqında” Qanunla nəzərdə tutulmuş hüquqlarının pozuntusudur.

Bakı Mühəndislik Universitetindən bildirilib ki, tələbələrin ad-soyadları təqdim edildiyi təqdirdə Meydan TV-nin sorğusu cavablandırıla bilər.

Hüquqşünas Səməd Rəhimli isə Meydan TV-yə deyib ki, hazırda həmin tələbələrlə adlarının mətbuata açıqlanmasına dair danışıqlar aparılır.

Tələbələr razılıq verərlərsə, adları mətbuata açıqlanacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Biləsuvar sakini bədbəxt hadisə ilə üzləşib, 4 barmağı amputasiya olunub

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay