Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Məmmədovun məşhur hoteli acınacaqlı durumda - Foto

Vaxtilə Hafiz Məmmədov Bakıya gələn İspaniyanın “Atletiko” (Madrid) klubunu da məhz bu hoteldə qəbul etmişdi...

Bir vaxtlar Bakının ən öndə gedən hotellərindən olan “Ramada Shamdan” indi baxımsızlıqdan bərbad hala düşüb.

Qafqazinfo”nun əməkdaşı sözügedən hotelin son halını əks etdirən fotoları lentə alıb.

Hazırda toz içində olan hotelin üst mərtəbələrindəki pəncərələri də qırılıb. Bu isə bu il martın 11-də “Ramada Shamdan”da baş verən yanğınla əlaqələndirilir. Ancaq hotelin yanğın olmayan hissəsində də bəzi qırılmış pəncərələr var ki, onların da yeri taxta materiallarla örtülüb.

Məsələ burasındadır ki, hotel yanğın baş verməzdən uzun müddət öncə fəaliyyətini dayandırıb. Bu isə “Ramada Shamdan”ın sahibi Hafiz Məmmədovun müflisləşməsi ilə əlaqələndirilir. Hotelin qanuni təmsilçisi isə Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. “Ramada Shamdan”ın hazırda 64 045,23 manat vergi borcu var.

Qeyd edək ki, “Ramada Shamdan” “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsində yerləşir. Vaxtilə Hafiz Məmmədov Bakıya gələn İspaniyanın “Atletiko” (Madrid) klubunu da məhz bu hoteldə qəbul etmişdi.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar