Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “Nə qədər Rusiya bu məsələyə müdaxilə edir, Azərbaycan sülh məsələsində müsbət addıma nail ola bilməyəcək”

Liderlərin yekun bəyanatında Zəngəzur dəhlizinin yer almaması bir sıra suallara səbəb oldu...

Müasir Müsavat Partiyasının sədri: “Dördtərəfli görüşdə razılıqlar əldə olunub, bir sıra işlərin təməli qoyulub, bu məsələlərin hamısı masadadır. Amma böyük təzyiqlər də var”.

“Bizim hərbi-siyasi gücümüz kifayət qədər yerindədir və heç kimə qulaq asmadan nəzarətimizdən kənarda qalan torpaqlarımızı güc yolu ilə də olsa, azad etməliyik”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzərbaycanErmənistan arasında son günlərdə baş verən siyasi prosesləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Praqada Prezident İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəldilər.

Yekun bəyanatda ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunsa da, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinə qayıdan kimi yenə də qeyri-konstruktiv açıqlamalarla gündəmə gəldi.

Eyni zamanda Prezident İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə getdilər. Praqa görüşündən və əldə olunan nəticələrdən sonra Sankt-Peterburq görüşü də bəzi sullar ortaya qoydu.

Dördtərəfli görüşü və Sankt-Peterburq görüşünü PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Paşinyan müstəqil adam olmadığı üçün böyük çətinliklər yaranır”.

Gözlənildiyi kimi Vladimir Putinin Nikol Paşinyanı yenə Rusiyaya çağırdığını, ona göstərişlər verdiyini vurğulayan partiya sədri bildirib ki, bu göstərişlərdən çox şey asılıdır:

“Dördtərəfli görüşdə razılıqlar əldə olunub, bir sıra işlərin təməli qoyulub, bu məsələlərin hamısı masadadır. Amma böyük təzyiqlər də var. Gözlənildiyi kimi Vladimir Putin Nikol Paşinyanı yenə Rusiyaya çağırdı, ona göstərişlər verdi. Bu göstərişlərdən çox şey asılıdır. Bilirsiniz ki, Paşinyan müstəqil adam deyil, “quyruğu” bir adamın əlində deyil. Eyni zamanda prezident İlham ƏliyevSankt-Peterburqda səfərdə oldu. Hadisələr elə məcrada cərəyan edir ki, məsələlərdə qəti fikir söyləyə bilmərik.

Paşinyan o qədər belə oyunlar oynayıb ki, ona inanmaq olmaz. Məsələn, Brüssel görüşündə razılıq əldə olunurdu, sonra bu razılığı pozurdu. Həmçinin, digər bəyanat və razılıqlara imza atır, Ermənistana qayıdandan sonra bu razılıqlara əməl etmirdi. İndi də dünyanın bir nömrəli təcavüzkarı Putin onları yığıb başına, nəsə göstərişlər verdi. Yəni nə qədər ki, işğalçı Rusiya bu məsələyə müdaxilə edir, ordusu Qarabağdan çəkilmir, heç vaxt Azərbaycan sülh məsələsində müsbət addıma nail ola bilməyəcək. Düzdür, bizim Prezidentimiz bu məsələdə xüsusi səylər göstərir. Buna baxmayaraq, Paşinyan müstəqil adam olmadığı üçün böyük çətinliklər yaranır.

Bizim hərbi-siyasi gücümüz kifayət qədər yerindədir və heç kimə qulaq asmadan nəzarətimizdən kənarda qalan torpaqlarımızı güc yolu ilə də olsa, azad etməliyik. Bu məsələdə heç kim bizə nə şərt qoya, nə də diqtə edə bilər. Ona görə də nəinki Qarabağdakı nəzarətimizdən kənarda qalan əraziləri, Qazaxın 7 kəndini də azad etməliyik, Zəngəzur dəhlizinin açılması üçün gücümüzü göstərməliyik. Hər kəs bilməlidir ki, lazımi anda biz bütün məsələlərin öhdəsindən gələ bilərik. Bir sözlə, birliyimizi qoruyub-saxlamaqla, həmçinin ordumuzu gücləndirməklə torpaqlarımıza nəzarəti bərpa etməliyik.

Hafiz Hacıyev: “Nəinki Qarabağdakı nəzarətimizdən kənarda qalan əraziləri, Qazaxın 7 kəndini də azad etməliyik, Zəngəzur dəhlizinin açılması üçün gücümüzü göstərməliyik”.

Həmin ərazilərdə antiterror əməliyyatı keçirərək, terrorçulardan azad etməliyik və buna görə də heç kim bizə qadağa qoya bilməz. Ona görə ki, torpaq bizimdir, özümüz bilərik. Biz həm də erməni vətəndaşlarımızı terrorçulardan qoruyuruq. Çalışmalıyıq ki, bir metr belə, torpağımız erməni terrorçularının ayaqları altında qalmasın. Bunun üçün də güclü orduyla güclü hücuma keçməliyik.

Biz möhkəm iradəmizi ortaya qoymuşuq, bundan sonra da dəmir yumruq hesabına qalan ərazilərimizə də nəzarəti bərpa edəcəyik. Biz demirik ki, onları döyüb-öldürüb oradan qovaq. Qanunlarımıza tabe olsalar, biz necə yaşayırıqsa, onlar da elə yaşayacaqlar, bizə verilən bütün səlahiyyətlərdən istifadə edəcəklər. Hər halda, ordumuzu gücləndirib, güc yoluyla da olsa, terrorçuları təmizləyib, nəzarəti bərpa edək ki, dinc əhalimiz öz torpaqlarına qayıdıb əkin-biçinlə məşğul olsun”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar