Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Tahirin oğluna hökm oxundu

Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul alaraq dələduzluq etməkdə təqsirləndirilən Hüseynağa Şahmarova hökm oxunub və o, 1 il müddətinə şərti azadlıqdan məhrum edilib.

PİA.AZ xəbər verir, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb.

Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. Daha sonra o, vədinə əməl etməyib.

İttihama görə, Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verib.

Xatırladaq ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay