Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günahımı bağışla

Günahımı bağışla

ocaq sönməyib hələ,
qaytar, külü yerinə;
indi tikan əkirlər,
qönçə gülün yerinə;

yalan çıxır nağıllar;
sular tərsə axırlar;
gəlib dolur yağılar,
bizim elin yerinə;

bağçalara sar gəlib,
bir də gördüm, yar gəlib;
saçlarına qar gəlib,
siyah telin yerinə;

bulud yaxasın açdı,
saçı qulac-qulacdı;
yolun bir yanı uçdu,
axdı selin yerinə;

vurdu yağış-çən məni,
üzdü işgəncən məni;
bir də, təkcə sən məni,
qoyma dəli yerinə;

ömür-yırda-yığışda,
yıxıldım, yor-yoxuşda;
günahımı bağışla,
gəlim ölüm, yerinə.

Nazim Əhmədli

pia.az


Etiket: Nazim Əhmədli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar