Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Flora Qasımova: “Kərkicahanda əski əlifbayla yazılmış məzarlar vardı, yerində bağça tikdilər”

“Kərkicahan küçələrindən birində dağdağan ağacı gördüm. Yadıma düşdü ki, onun yanında camaatın “ocaq” dediyi və müqəddəs saydığı bir yer vardı. Hərdən adamlar toplaşıb halva çalırdılar, çay qoyurdular, biz uşaqları da dəvət edirdilər... Kərkicahanın məktəbini tamam söküb yerində hansısa erməniyə ikimərtəbəli böyük şəxsi ev tikiblər...”

Bunları Moderator.az-ın əməkdaşı ilə söhbətində bu günlərdə 33 ildən sonra ilk dəfə Xankəndidə olmuş şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora Qasımova söyləyib.

“Yollar palçıq olduğundan nə Kərkicahanın, nə də Xankəndinin qəbiristanlığına gedə bildik... Əvvəl camaatdan gedənlər olub, deyirlər ki, məzarların çoxunu ermənilər dağıdıblar, hətta deyilənə görə, elə qəbir var ki, içindəki azərbaycanlının cəsədini çıxararaq kənara atıb, yerində erməni basdırıblar.
...Hələlik kimsəsiz, əsl sakinlərini - azərbaycanlıları gözləyən Kərkicahan küçələrini gəzərkən Tavad müəlliməni xatırladım. Bizim ibtidai sinif müəllimi olmuşdu. Onun oğlunun evini öz gözümlə gördüm, dağıdıblar, divarları qalıb. Yadımdadır ki, o evdən bir az aşağıda, əski əlifba ilə yazılmış qəbir daşları vardı. Sonralardan anladıq ki, sən demə, həmin məzarlıq, bəlkə də, Pənahəli xanın dövründən qalıbmış. Amma sovet dövründə, təxminən 1960-cı illərdə, mən hələ orta məktəbdə oxuyanda həmin qəbiristanlığı buldozerlə dağıdıb yerində uşaq bağçası tikdilər. Heç kəs də fikir vermədi... Çox təəssüf...

Bilirsiniz, sovet dövründə bizi qondarma “beynəlmiləlçilik” ideologiyası ilə tərbiyə edir, keçmişimizdən doğru-dürüst danışmır, tariximizi öyrətmirdilər... Elə başımıza gətirilən faciələrin kökündə bu dayanır”, - deyə sabiq deputat təəssüf hissi ilə bildirib. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay