Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin və ABŞ müharibədən sonra Qəzzanı idarə etmək üçün plan hazırlayır

İordan çayının qərb sahilindəki Fələstin Administrasiyası Qəzza zolağının idarə olunması üçün müharibədən sonrakı planı hazırlamaq üçün ABŞ-la birlikdə işləyir...

Poliqon xəbər verir ki, Fələstinin Baş naziri Məhəmməd Ştaye İsrailin HƏMAS qruplaşmasını məhv etmək məqsədini real olmayan hesab edir. Siyasətçinin Bloomberg Agentliyinəə verdiyi açıqlamaya görə, ABŞ və Fələstin adminstrasiyası İsrailin anklavı yenidən işğal etməməsi, Qəzza zolağında bufer zona yaratmaması və fələstinliləri qovmaması ilə bağlı həmfikirdirlər.

Məhəmməd Ştayenin sözlərinə görə, İsrail Fələstinin HƏMAS hərəkatını məhv edə bilməyəcək. Baş nazir hesab edir ki, münaqişənin ən yaxşı nəticəsi qrupun Fələstin Azadlıq Təşkilatının (FAT) kiçik tərəfdaşı olmaq və yeni müstəqil dövlətin bərpasına kömək etməkdir.

“Əgər HƏMAS razılığa gəlməyə və Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etməyə hazır olsalar, danışıqlar üçün yer olacaq. Fələstinlilər parçalanmamalıdır”, deyə Ştayye vurğulayıb.

Daha əvvəl Reuters Agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, İsrail hakimiyyəti müharibə başa çatdıqdan sonra öz ərazilərinə hücumların qarşısını almaq üçün Qəzza zolağında ərəb ölkələrinin nəzarətində olan bufer zonası yaratmaq istəyir. Lakin dekabrın 6-da İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, müharibə başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağının tərksilahına nəzarəti əlində saxlamalıdır.

The Washington Post-un yazdığına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası müharibə bitdikdən sonra Qəzza zolağına yeni Fələstin Milli Administrasiyasının rəhbərlik etməsini istəyir. Lakin həm İsrail hakimiyyəti, həm də Qəzzada yaşayan fələstinlilərin özləri bu fikrə qarşı çıxırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay