Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Netanyahunu “zəmanəmizin Hitleri” adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağındakı hərəkətlərini yenidən tənqid edib və İsrailin baş naziri Binyamin Netanyahunu Adolf Hitlerə bənzədib...

Poliqon “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti İsrail hakimiyyəti fələstinlilərə qarşı “görünməmiş qırğınlara” görə cəzalandırılacağını deyib.

“Biz həqiqəti ifşa etməyə və İsrailin törətdiyi qətllər haqqında danışmağa davam edəcəyik. Qoy hamı başa düşsün ki, Netanyahu zəmanəmizin Hitleridir və onun əlaltıları məsuliyyətdən qaça bilməz. Gec-tez ədalət məhkəmədə olmasa da, tarix qarşısında zəfər çalacaq”, deyə Ərdoğan jurnalistlərə bildirib.

Rəcəb Tayyib Ərdoğan İsraili mediaya “hücum”da da ittiham edib. Türkiyə prezidentinin sözlərinə görə, bununla İsrail hakimiyyəti Qəzza zolağında “kütləvi qətllərin” izlərini silmək istəyir.

“Onların nə etməsindən asılı olmayaraq, biz İsrailin törətdiyi cinayətlərlə bağlı bütün sənədləri Beynəlxalq Məhkəməyə təqdim etmişik və bunu davam etdirəcəyik”, deyə Ərdoğan qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Sabah bu rayonların qaz təchizatında məh8dudiyyət olacaq

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Ən çox oxunanalar