Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarovun oğlu haqda maraqlı məlumatlar

Riyad Məmmədyarov haqqında maraqlı məlumatlar yayılıb

Xarici işlər naziri Elmar Məmmədyarovun bir gün əvvəl toyu olan oğlu Riyad haqqında bəzi faktlar ortaya çıxıb.

“Yeni Sabah” xəbər verir ki, bəzi məmurların xaricdəki var-dövlətini üzə çıxaran araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial mediada onun haqqında bildiklərini yazıb:

“Bir dəfə yazmışdım, məmur övladlarının içində bəlkə də ən saf olanı Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovdur. Digər nazirlərin, məmurların övladlarından fərqli olaraq biznes, pul dalınca qaçmayıb. Şirkəti filanı da yoxdur.

Amerikada Nyu-York universitetində kinomatoqraf ixtisası üzrə təhsil alıb. Dəbdəbəli həyatı yoxdur, grafika və fotoqrafiya ilə maraqlanır. İngilis və rus dillərində səlis, danışır, dilimiz sarıdan kasaddır. Amerikalı xanımla ailə qurub, toyu da sadə keçib. Azərbaycana qayıtmaq fikri yoxdur, bundan sonra ABŞ-da yaşayacaq”.

Xatırladaq ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib. Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.

Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.

Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar