Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmovun nikbin olmaması... - İlin sonuna qədər manatı nə gözləyir?

İlin sonuna qədər neftin qiyməti 40 dollardan aşağı olarsa, manatı sabit saxlamaq mümkündür?..

İqtisadçı-ekspert: “Əgər pandemiya uzanarsa, eyni zamanda neftin qiyməti uzun müddət aşağı olarsa, bu təbii ki, dövlətə manatın məzənnəsini saxlamaq üçün xeyli çətinliklər yarada bilər”

“İndiki şəraitdə manatın məzənnəsinə təkcə neftin qiyməti təsir etmir. Bildiyimiz kimi pandemiyanın yaratdığı iqtisadi problemlər var”.

Bu sözləri iqtisadçı-ekspert Azər Mehtiyev Elman Rüstəmovun Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş konfransda manat haqqında dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov müşavirədə bildirib ki, ilin sonuna qədər manatın məzənnəsini qoruyub saxlamağa çalışacaqlar. Buna baxmayaraq Elman Rüstəmovun çıxışı heç də nikbin notlara köklənməmişdi. Hiss olunurdu ki, Elman Rüstəmov manatın məzənnəsinin qorunub saxlanılmasının getdikcə çətinləşdiyinin fərqindədir, Mərkəzi Bankın sədri manatın məzənnəsi ilə bağlı çox ehtiyyatla danışdı və risk almaq istəməsi, eyni zamanda üzərinə məsuliyyət götürmək istəməməsi də çıxışdan görünürdü. Elman Rüstəmovun öz çıxışında nefrin qiymətinə vurğu etməsi, buna baxmayaraq bir neçə dəfə “çalışacağıq” ifadəsini işlətməsi onu göstərirdi ki, Mərkəzi Bankın sədri manatın taleyindən narahatdır və o bu narahatlılığını da xüsusi olaraq gizlətməyə də çalışmırdı.

İlin sonuna qədər neftin qiyməti 40 dollardan aşağı olarsa, manatı sabit saxlamaq mümkündürmü və manatın taleyi ilə bağlı Elman Rüstəmov da nikbin danışmadığına görə ilin ikinci hissəsində devalvasiya qaçınılmaz görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, İqtisadçı-ekspert Azər Mehtiyevlə müzakirə edib.

Azər Mehtiyev: “Hökumət mümkün qədər devalvasiyadan uzaq durmağa çalışacaq”.

Bir çox səbəblərdən devalvasiyanın Azərbaycan iqtisadiyyatına və hökumətinə sərt etmədiyini düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, devalvasiya bank sisteminin çökməsinə, yoxsulluq səviyyəsinin çoxalması və s. kimi amillərə gətirib çıxara bilər:

“Təbii ki, manatın taleyi geniş mənada neftin qiymətindən asılıdır. Bu da Azərbaycan üçün yeni bir şey deyil. Dünya bazarında neftin qiymətinin indi oynaması da Azərbaycana xeyli problemlər yaradır.

Eyni zamanda nəzərə alınmalıdır ki, indiki şəraitdə manatın məzənnəsinə təkcə neftin qiyməti təsir etmir. Bildiyimiz kimi pandemiyanın yaratdığı iqtisadi problemlər var. Ölkədə karantin dövrünün nə qədər uzanacağı bəlli deyil. Karantin dövrünün uzadılması iqtisadi fəallığı, dövlət büdcəsinə qeyri-neft sektorundan daxil olmaları azaldır. Həm də dövlət büdcəsinin yükünü ağırlaşdırır. Bu da çox ciddi amildir. Çünki dövlət büdcəsi əlavə xərclərə məruz qalır.

Əgər pandemiya uzanarsa, eyni zamanda neftin qiyməti uzun müddət aşağı olarsa, bu təbii ki, dövlətə manatın məzənnəsini saxlamaq üçün xeyli çətinliklər yarada bilər. Dövlət Neft Fondunda müəyyən vəsaitlər var və bu vəsaitlər hələ ki, manatın məzənnəsinin sabit saxlanılmasına imkan verir.

Azər Mehtiyev: “Neftin qiyməti uzun müddət 40 dollardan aşağı olarsa, yəni indiki qiymət ilin sonuna qədər davam edərsə, hökumət çətinliklərlə üzləşə bilər”.

İndiki halda onu da deyək ki, manatın devalvasiyası həqiqətən də hökumətə sərf etmir. Bu devalvasiyanın faydası ancaq Neft Fonduna dövlət büdcəsindən daxil olan vəsaitin həcmini artırar. Yəni dolları daha az transfer etməklə büdcəyə daha çox manat transfer etmək olar. Bu tərəfdən hökumət qazana bilər.

Amma bir çox səbəblərdən devalvasiya Azərbaycan iqtisadiyyatına və hökumətə sərt etmir. Devalvasiya bank sisteminin çökməsinə, yoxsulluq səviyyəsinin çoxalması və s. kimi amillərə gətirib çıxara bilər.

Buna görə də hökumət mümkün qədər devalvasiyadan uzaq durmağa çalışacaq. Ümid edirəm ki, hökumət yaxın müddətdə buna nail olacaq. Ancaq neftin qiyməti uzun müddət 40 dollardan aşağı olarsa, yəni indiki qiymət ilin sonuna qədər davam edərsə, hökumət çətinliklərlə üzləşə bilər ”.

Nərminə UMUDLU
pia.az


Etiket: manat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

UNEC rektorunun müşaviri Banqladeşin yeni hökumət başçısı kimi and içib

Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqlayıb

Lənkəranda avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb

Ən çox oxunanalar