Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 30-da Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb...

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə məlumat verilib.

Postmüharibə dövründə şəhid ailələri və qazilərə sosial dəstək tədbirləri, o cümlədən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlər müzakirə olunub. Qazilərin müalicəsinə göstərilən dəstəyə görə Türkiyəyə təşəkkür ifadə edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - Yenilənib

Ən çox oxunanalar