Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldəniz Əzizli: "Olimpiadada başqa çəkidə güləşmək mənim üçün daha çətin olacaq"  

Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu olan Eldəniz Əzizli müsahibə verib...

PİA.az həmin müsahibəni təqdim edir:

- Bu ilin əsas yarışı Tokio-2020 Yay Olimpiya Oyunlarıdır. Olimpiada ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Olimpiadadan öncə təsnifat yarışları olacaq. Mən hələ ki lisenziya qazanmamışam. Fevral ayında Avropa çempionatı olacaq. İlk olaraq ona hazırlaşıram. Güləşçilərimizin bir qismi isə mart ayında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlaşır. İkinci lisenziya yarışım isə apreldə olacaq. Lisenziya aldıqdan sonra isə olimpiadanı düşünmək olar.

- Aprel ayında keçiriləcək Dünya Olimpiya Təsnifat turnirinə qatılacaqsınız?

- Əsas qərarı federasiya rəhbərliyi və məşqçilər verəcək. Amma mən ikinciyə qatılmağı düşünmürəm. Əsas qarşıdakı Avropa çempionatıdır.

- Sərbəst güləşçi Hacı Əliyev təsnifat turnirində yarışmaq üçün Avropa çempionatından imtina edib. Siz belə qərar verməyi fikirləşmisiniz?

- Düz elədi. Çəkisalma prosesi çətinləşib. İki gün ardıcıl çəki salmaq lazımdır. Hacının da çəkisi elədir ki, həm Avropa çempionatı, həm də təsnifat yarışında aşağı salması məqsədəuyğun deyil. Mənim çəkim isə normaldır və heç bir problem yoxdur.

- Bəzi məsələləri nəzərə alaraq olimpiada üçün Avropa çempionatından imtina etməyiniz düzgün olmaz? Zədə və digər problemlər lisenziya turnirində sizə çətinlik yarada bilər...

- Zədəni məşqdə də ala bilərik. Amma çalışdığımız qədər özümüzü qoruyuruq. Heç kim zədənin harada olacağına proqnoz vermir. Mən İran çempionatında güləşirdim. Tanınmış idmançılar var idi ki, yarışdan öncə əməliyyata getməyə məcbur oldular. Bu idmandır. Hər şey mümkündür.

- Lisenziya qazanacağınız təqdirdə olimpiadada ilk hədəf nə olacaq?

- Ən birinci hədəfim medal qazanmaqdır. Çalışdığım qədər kürsünün ən yüksək pilləsinə çıxmaq istəyəcəyəm. Yunan-Roma güləşində rəqabət artıb. Artıq əvvəlki kimi deyil. Çox çətindir.

- Medalın əyarının qızıl olmaq ehtimalı varmı?

- Əlbəttə. Əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək.

- Olimpiadada və digər yarışlarda özünə ən birinci rəqib kimi görürsünüz?

- Avropa və dünya çempionatında bütün yarışlarda 55 kq-da çıxış etmişəm. Olimpiada çəkisi isə 60-dır. Olimpiada çəkisində əvvəl 21 idmançı olurdu, indi isə 16 güləşçi olacaq. Bunların hamısı da güclü rəqabətdən sonra yarışa qatıla bilib. Olimpiadada zəif rəqib olmayacaq. Hamısı güclülərdir. 60 kq çəki dərəcəsində isə rəqabət daha da çoxdur. Hamısı bir-birini məğlub edə bilən idmançılardır.

-Başqa çəkidə güləşmək sizin üçün çox çətin olacaq?

-Əlbəttə. Olimpiadada 55 kq çəki dərəcəsi olsaydı, rahat olardım. Çünki bu çəkidə liderəm. 60 kq mənim üçün daha çətin olacaq. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay